İQTİSADİ
A- A A+

İndi söz iş adamlarının və investorlarındır

2016-02-20 09:35:47

Son il yarım ərzində dünya bazarlarında neftin qiymətlərinin 4 dəfəyə qədər aşağı düşməsi bütün neft ölkələrində şok effekti yarada bildi

Belə kəskin qiymət azalmasının siyasi səbəblərlə bağlılığı danılmaz faktdır. Lakin səbəblərin iqtisadi və ya siyasi olmasından asılı olmayaraq  ucuzlaşma iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə ciddi dəyişikliklərə gətirib çıxardı. 

Azərbaycan hökuməti son illərin maliyyə böhranını kifayət qədər neytrallaşdıra bilsə də neftin qiymətlərinin kəskin azalması hesabına yaranmış vəziyyətin bizdən yan keçməsi mümkün olmadı. Bir sözlə - neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və bu səbəbdən ölkəyə daxil olan valyuta gəlirlərinin birdən-birə bir neçə dəfə azalması maliyyə sistemindəyetərli gərginliyin yaranması ilə nəticələındi. Milli valyuta öz dəyərini bir il ərzində iki dəfəyə qədər itirdi.

Hökumət Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsini artıq illər idi ki, strateji bir vəzifə kimi qarşıya qoymuşdu və bu illər ərzində az iş görülməyib. Ümumi Daxili Məhsulun strukturunda son 5 il ərzində qeyri-neft sektorunun payının 20% artması hesabına neft sektorunun xüsusi çəkisinin 30%-ə qədər azaldılmasının özü kifayət qədər ciddi bir nəticədir. Lakin buna baxmayaraq yaranmış vəziyyət göstərdi ki, qeyri-neft sektorunun işinin səmərəliliyi hələ ki, qaneedici deyil. Nədən ibarət olmalıdır bu səmərəlilik?

İlk növbədə bu sektorda rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaq yolu ilə ölkəyə möhkəm valyuta axınını təmin etmək lazım idi. Son illər ərzində qeyri-neft sektorunun inkişafı hesabına bir çox məhsul növləri üzrə idxaldan asılılıq aradan qaldırılıb və ya o minimuma endirilib. Lakin hələ də ən başlıca hesab olunacaq hədəfə çatmaq mümkün olmayıb. Bu gün bir çox yerli istehsal məhsullarının komponentləri xaricdən alınıb gətirilir. Halbuki həmin komponentlərin əksəriyyətinin yerli istehsalını təşkil etmək imkanları mövcuddur. Həmin komponentlərin xaricdən alınması o deməkdir ki, bu hesaba ölkədən valyuta çıxarılır. Bizə isə bunun əksi - real sektorda rəqabət qabiliyyətli məhsulların istehsalını və ixracını artırmaq hesabına ölkəyə daha çox valyuta axınını təmin etmək lazımdır. Başlıca hədəf budur.Bir sözlə, son illər ərzində ölkədə real sektorun inkişafı istiqamətində çox işlər görülsə də hələlik əsas məqsəd -ixracın artırılması hesabına daha çox valyuta daxil olması təmin edilə bilməmişdi.

Ölkə Prezidenti son çıxışlarının birində “biz vəziyyətin belə kəskin dəyişəcəyini gözləmirdik” demişdi. Əslində bunu nə ölkə daxilində nə də xaricdə heç kəs gözləmirdi. Lakin bu hal baş verdi. Ondan çıxış yolu isə birdir. Bu yol ən qısa zaman kəsiyində real sektorun sürətli inkişafını təmin etməkdən keçir və hökumət də bu yolu seçdi. Son 5 ay ərzində hökumət tərəfindən real sektorun sürətli inkişafını təmin edə biləcək onlarla qərarlar qəbul edilmiş, qanunlarda və başqa normativ aktlarda müvafiq dəyişikliklər edilib. Məqsəd dünya bazarlarında neftin qiymətlərinin çox kəskin aşağı düşməsi səbəbindən yaranmış vəziyəti mümkün qədər tez nizamlamaqdan ibarətdir. Ən doğru seçim də bu idi. Burada bir çox qərarların qəbul edilməsində ölkə Prezidentisiyasi iradəsini ortaya qoydu. Onun qəbul etdiyi bir sıra qərarlar öz kəskinliyi ilə nə qədər fərqlənsə də ölkədə azad sahibkarlığın inkişafı yolunda bir o qədər də səmərəli ola bildilər. Rüşvət və korrupsiya qarşı aparılan mübarizə və bu yolda heç kəsin “toxunulmazlıq statusunun” olmadığının açıq şəkildə hər kəsə göstərilməsi, gömrük sistemindəki monopoliyanın aradan qaldırılması, yoxlamaların dondurulması, lisenziyaların verilməsi işindəki əsaslı dönüş, valyuta tənzimlənməsi sahəsindəki islahatlar, investitsiyaların və ixracın təşviqi və tikinti sahəsindəki bütün maneələrin aradan qaldırılması ilə bağlı addımlar real sektorun, onun əsasını təşkil edəcək azad sahibkarlığın qarşısında geniş və maneəsiz bir fəaliyyət meydanın açılması demək oldu. Bu fəaliyyətin üzləşə biləcəyi əngəllər isə yerli və mərkəzi icra orqanları, eyni zamanda Prezident yanında yaradılmış Apellyasiya Şuralarının vasitəsi ilə aradan qaldırılacaqdır. 

Aparılan bu islahatlar Azərbaycanda yeni iqtisadi inkişaf modelinin ortaya qoyulması deməkdir. Ciddi islahatlara söykənən bu yeni iqtisadi inkişaf modeli artıq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi dünyanın iki ən nəhəng maliyyə institutu tərəfindən də tam dəstəkləndi. İndi söz iş adamlarının və investorlarındır. Məmurlar isə Prezidentin onlara göstərdiyi nümunəyə baxıb düzlənməlidirlər...    Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri  


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1217

QHT və MEDİA

2019-11-14 09:45:39

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatı imzatoplam...
YAP Pirallahı rayon təşkilatı imzatoplam...

Dekabrın 23-də bələdiyyələrə keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyas...

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...