2021-09-15 09:05:57 | AKTUAL
Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb

Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadaraq qəhrəman türk hərbçilərinə olan məhəbbətini daim uca tutub.

Keçmiş Sovetlər birliyi dövründə bu tarixi unutdurmağa çalışsalar da Azərbaycan xalqı qardaşlığı və həqiqəti unutmadı. Məlum xilaskarlıq missiyası ortaq tariximizin və dəyərlərimizin təntənəsidir. Qafqaz İslam Ordusu Türkiyə- Azərbaycan qardaşlığının tarixi təməli və iki dövlət arasında tarixi həmrəylik nişanəsidir.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun ötən il qazandığı möhtəşəm Zəfərin dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında öndə dayandığını diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “44 günlük Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksəkdə olduğunun bütün dünyaya nümayişidir. Bu prosesdən 102 il öncə qəhrəman azərbaycanlılar nizami Qafqaz İslam Ordusunun birlikləri ilə çiyin-çiyinə öz yurdlarının müdafiəsinə qalxmışdılar. Bu tarixi unutdurmaqla Azərbaycanın dəyərlərini və genetik özəlliklərini heçə endirmək istəyirdilər. Lakin tarix hər şeyi yenidən öz nizami yoluna saldı”.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, dahi Atatürkün “Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir” ifadələrini xatırladan Hulusi Kılıç Azərbaycan-Türkiyə qardaşlığının əbədiyyətə işıq saldığını xoş ifadələrlə xarakterizə edib. “Bu dostluq xalqlarımızın sifarişi, zamanın hökmü, ortaq dəyərlərimizin təntənəsidir. Müstəqilliyimiz və azadlığımız yolunda canlarını fəda edən şəhidlərimizin ruhu şad olsun. Hər zaman başımızın üstündə yeri olan qazilərimiz tezliklə şəfa tapsınlar. Bakının qurtuluşunun və Vətən müharibəsinin başlamasının ildönümlərində hər birimizin başını dik tutaraq öyünməyə haqqı vardır. Eşq olsun Azərbaycan-Türkiyə birliyinə!”, - deyə sabiq səfir fikirlərini tamamlayıb.

O vurğulayıb ki, 15 sentyabr hər birimizin qəlbində Bakının qurtuluş günü kimi əbədiyyətə qədər tarix qazanıb.

Baxış sayı : 89
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00