2021-09-15 08:05:40 | AKTUAL
15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur

Azərbaycan-Türkiyə qardaşlığı tarixin çətin sınaqlarına həmişə ləyaqətlə sinə gərib, hər iki xalqın zəngin tarixində şərəf salnaməsi yaradıb. Babalarımızın bizə miras qoyduğu qardaşlıq ənənələrinin sözdə deyil, əməldə təzahürü bizi ruhlandırır. Bu qardaşlığın ən parlaq ifadəsi 20-ci əsrin böyük siyasi xadimi, Ulu öndər Heydər Əliyev tərəfindən səsləndirilib: “Bir millət, iki dövlət”! Tarixin müxtəlif dönəmlərinə nəzər saldıqda bu tezisin isbatının şahidi oluruq.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, 1918-ci il sentyabrın 15-i şanlı tariximizə Bakının bolşeviklərdən və daşnak silahlı birləşmələrindən azad edildiyi gün kimi daxil olub: “Qafqaz İslam Ordusunun həmin taleyüklü bir dönəmdə Azərbaycanın yanında olması qədim Şərqin ilk demokratik respublikasının tarixində əlamətdar hadisə idi.

Qitələrin kəsişməsində yerləşən Odlar Yurdu daim coğrafi mövqeyi, zəngin sərvətləri ilə dünya xəritəsinin ən əhəmiyyətli nöqtəsi, arzulanan torpaqları olub. Və 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan edərkən çox təəssüf ki, Bakı, Gəncə yadellilərin işğalı altında idi. Milli hökumətin ixtiyarındakı azsaylı hərbi qüvvə ilə təəssüf ki, şəhərləri işğalçılardan azad etmək mümkün deyildi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi”.

S.Mikayılova vurğulayıb ki, bugünkü tariximizdə də biz qardaş Türkiyənin Azərbaycanın işğal altında olan torpaqlarının erməni qəsbkarlarından azad edilməsi üçün haqq savaşında siyasi müstəvidə yanında olduğunu gördük: “Türkiyə hər zaman söykəniləcək dayaq olub. Və o dövrdə də kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.

Gəncənin azad edilməsindən sonra burada yerləşən milli hökumətin əsas amalı, vəzifəsi Bakının işğalçılardan azad edilməsi idi.

1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçdi. 1918-ci il sentyabrın 15-də Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi, türk əsgərləri böyük şücaət göstərdilər. Bunlar hamıya məlum, danılmaz tarixi faktlardır.

Bəzi məlumatlara görə, həmin döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak olub. Allah bütün şəhidlərə rəhmət etsin! Bu gün həmin türk şəhidlərin əziz, unudulmaz xatirəsini Bakının Şəhidlər xiyabanında salınmış abidə əbədiləşdirir.

Qardaş Türkiyə hər zaman Azərbaycanın zəfərlərində yaxından iştirak edib, yanında olub, dahi Mustafa Kamal Atatürkün dediyi kimi, “Azərbaycanın kədərini kədəri, sevincini sevinci” bilib”.

Deputat bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında iki ölkənin yaratdığı qardaşlıq nümunəsi beynəlxalq aləmdə analoqu olmayan tandem kimi qəbul edilir: “Biz tariximizlə qürur duyuruq, dərin milli köklərə, ənənələrə söykənən Azərbaycan-Türkiyə qardaşlığının əbədi olacağı şübhəsizdir”.

Baxış sayı : 116
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00