TƏDQİQATLAR
A- A A+

Əcnəbi media Qobustandan yazır

2016-02-19 09:40:44

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Podrobno.uz portalında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan qədim insan məskənlərindən biri - Qobustan haqqında məqalə yayılıb.

Məqalədə qeyd edilir ki, tarixi Mesopotamiyadan da qədim sayılan Qobustan abidələri Bakıdan 54 kilometr cənubda - Böyük Qafqaz sıra dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşir.

Bildirilir ki, Qobustanda üzərində günəş təsvirləri olan qayıq rəsmləri insanı 15 min il əvvələ - yuxarı paleolit dövrünə aparır və qeyd edilir ki, məhz bu məkan bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan verir.

Məqalədə deyilir ki, Azərbaycan tarixinin daş yaddaşı Qobustan dünyada bu ölkəni tanıdan ən qədim kitabədir. Hər daşı canlı tarix olan bu müqəddəs yerin hər qarışında Azərbaycan xalqının keçmişi barədə xəbər verilir.

Qavaldaş haqqında yazan müəllif bildirir ki, qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir və buradakı qayalarda qədim Azərbaycanın “Yallı” rəqsindən səhnələr təsvir olunub.

Qeyd edilir ki, Qobustan qayalarında regionun yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunub. Bu unikal tapıntı haqqında dünya elminə Qobustanın ilk tədqiqatçısı, arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə məlumat verib. Azərbaycan dövləti 1966-cı ildə qayaüstü rəsmləri əhatə edən ərazidə Qobustan dövlət tarixi-bədii qoruğu yaradıb.

Bildirilir ki, məşhur norveçli alim-səyyah Tur Heyerdal Qobustan qayaları qarşısında heyrətini gizlədə bilməyib, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadlarının vaxtilə Qobustan ərazisində yaşaması, sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getməsi barədə fikirlər irəli sürüb. Tur Heyerdal Xəzər sahillərini böyük bir sivilizasiyanın beşiyi adlandırıb.

Məqalədə qeyd edilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq, tar ifaçılığı, xalçaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu da 2007-ci ildə təşkilatın Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilib.(Azərtac)

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 894

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...