QHT və MEDİA
A- A A+

“Justice for Khojaly!” səhifəsi yaradıldı

2016-02-19 09:15:39

Xocalı faciəsindən 24 il keçir

UBM Group “Justice for Khojaly” təşəbbüsünü dəstəkləməklə və bu kampaniya çərçivəsində, müasir vasitələrdən istifadə etməklə, Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.

UBM Group Azərbaycan xalqının üzləşdiyi faciələr barədə dünya ictimaiyyətini əhatəli şəkildə məlumatlandırmaq üçün, korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirməyi qərara almışdır. Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılıb.

UBM Group Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, fevralın 15-dən daha geniş arealı əhatə edən yeni məlumatlandırma kampaniyasına start verib, Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrdə Justice for Khojaly! “Xocalıya ədalət!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına başlayıb.

Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - İngilis, Fransız, Alman, Rus və Azərbaycan dillərində hazırlanıb.

UBM Group hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir: "Gəlin tariximizi unutmayaq, unudulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış Xocalı faciəsini daha yüksək səslə bütün dünyaya car çəkək".

Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #justiceforkhojaly #armenianaggression #armenianterror #khojaly həştəqlərindən istifadə etmək xahiş olunur:

https://www.facebook.com/JusticeForKhojaly

https://twitter.com/justice_khojaly

https://www.instagram.com/justice_khojaly/

https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8XkzND0ZA

https://www.facebook.com/JFKCampaign/?fref=ts

https://www.facebook.com/JFKCampaign/?fref=ts

UBM Group həm ölkədə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı paylaşılan təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət olunur.

Qeyd dək ki, “Justice for Khojaly” (“Xocalıya ədalət”) kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə ilk dəfə olaraq Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə başladılıb.(azvision.az)

Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 774

QHT və MEDİA

2019-12-11 18:10:35

QHT və MEDİA
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...

Dekabr ayının 10-da “Zorakı ekstrimizm ilə mübarizə: birgə tərəfdaşlıqla daya...

2019-12-10 21:10:55

QHT və MEDİA
Şura Ulu Öndər Heydər Əliyevin əziz xati...
Şura Ulu Öndər Heydər Əliyevin əziz xati...

Tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elmə...

CƏMİYYƏT

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

2019-12-11 10:10:05

CƏMİYYƏT
Hikmət Şikarov: Bəyanat imzalamaqla diqq...
Hikmət Şikarov: Bəyanat imzalamaqla diqq...

Həyatımızın müxtəlif sahələrini əhatə edən bu islahatlar hər şeydən əvvəl ölk...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...