2021-08-31 12:35:02 | TƏDQİQATLAR-ANALITIKA
Şuşanın dirçəldilməsi Azərbaycan xalqının məğlubedilməzliyinin, bu diyarda əbədi olaraq yaşayacağının rəmzidir

Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. 28 illik işğaldan sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şuşanı işğaldan azad etməsi Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu. 270 illik tarixi olan Şuşa şəhəri bu gün dirçəliş, inkişaf dövrünü yaşayır.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeyinin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılış mərasimlərində iştirak etməsi, bir sıra yeni layihə və obyektlərin təməlini qoyması bir daha Şuşanın yeni intibah mərhələsinə daxil olduğunu isbatlayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Şuşa şəhərinin bərpası və dirçəldilməsi rəmzi olaraq yanvarın 14-dən başlayır. Məhz, bu tarixdən 39 il əvvəl Şuşada ulu öndər Heydər Əliyevin iştirakı ilə dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi açılışı olub: “Bu mənada yanvarın 14-də Prezident İlham Əliyevin Şuşaya səfər etməsi çox böyük rəmzi mənası daşıyırdı. Eyni zamanda, sübut edirdi ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının gələcəyi naminə ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu davam etdirir, onun vəsiyyətini yerinə yetirir. Bu baxımdan tam əminliklə demək olar ki, Şuşanın dirçəldilməsi, bərpası Azərbaycan xalqının məğlubedilməzliyinin, bu diyarda əbədi olaraq yaşayacağının rəmzidir”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Vaqif Poeziya Günlərinin keçirilməsi də rəmzi məna daşıyır: “Hələ 1982-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qədim mədəniyyət mərkəzi olan Şuşada Molla Pənah Vaqifin abidəsi ucaldılmışdı. Lakin çox təəssüflər olsun ki, 1992-ci ildə Şuşanı işğal etmiş erməni vandalları Vaqifin abidəsini də, məqbərəsini də dağıtmışdılar, talan etmişdilər. Şuşa işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin ilk göstərişlərindən biri məhz Vaqifin abidəsinin və məqbərəsinin bərpası ilə bağlı oldu. Beləliklə də, qısa zamanda bərpa edilən Molla Pənah Vaqifin abidəsi və muzey-məqbərə kompleksi Qarabağda möhtəşəm bir Azərbaycan möhürünə çevrildi. Heç şübhəsiz ki, Molla Pənah Vaqifin, Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın, Bülbülün abidələrinin, muzeylərinin Şuşa şəhərində yenidən ucaldılması, bərpası Azərbaycan xalqının böyüklüyünün, mətinliyinin, məğlubedilməzliyinin simvoluna çevrilib. Bu gün Şuşada yenidən “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi də rəmzi xarakterli olduğu kimi, həm də siyasi, mədəni-tarixi əhəmiyyət daşıyır”.

Sədaqət Vəliyeva əlavə edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışıb: “Ümummilli Lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi. Bir zamanlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri haqqında danışan ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirirdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev də Ulu Öndərimizin vəsiyyətini yerinə yetirərək Şuşanı azadlığına qovuşdurdu, hazırda dirçəldir, bərpa edir, beləliklə də əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır”.

Baxış sayı : 151
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00