SOSİAL
A- A A+

Avropa Məhkəməsi girovların müraciətinə baxmaqdan imtina edib

2016-02-18 09:30:35

“Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülüb

 Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində pozulan insan hüquqlarının dünya ictimaiyyətinə çatdırılması, insanlara dəyən zərərin təcavüzçü Ermənistan tərəfindən ödənilməsinin beynəlxalq təşkilatlarda qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib”.  Bu sözləri Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bu gün Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.   O bildirib ki, qaçqın və məcburi köçkünlərlə görüşlər keçirilib və Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib.  “Bu ərazilərdə nəinki mülki hüququn pozulması, hətat şəxsi və ailə təhlükəsizliyi, o cümlədən etnik ayrı seçkilik məsələsi qaldırılıb. Bunlar arasında Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurlar tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşəgəlməz hadisələrin şahidi oluruq. Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir”.   Çingiz Əsgərov hazırda erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı  Avropa Məhkəməsinə müraciət edildiyini deyib.   “Avropa Konvensiyasının və əlavə protokolun on bir maddəsində nəzərdə tutulan müddəalara görə hüquqlarının pozulmasını ifadə ediblər. Buna baxmayaraq Avropa Məhkəməsi həmin ərizələrə prioritet qaydada baxmaqdan imtina edib. Bu da həmin qurumun qeyri obyektivliyini bir daha göstərdi. Azərbaycan hökuməti bununla bağlı Avropa Məhkəməsi rəhbərliyinə müraciət edib, amma hələ indiyə kimi bir cavab alınmayıb”.(Modern.az


Kateqoriya : SOSİAL Baxış sayı : 768

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...