SİYASƏT
A- A A+

İndoneziya Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir

2016-02-18 09:15:47

“İndoneziya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

Ölkəmiz bundan sonra da bu istiqamətdə diplomatik səylərini davam etdirəcək”. Modern.azsaytı xəbər verir ki, bunu Azərbaycan Milli Məclis sədrinin müavini Valeh Ələsgərovla görüşündə İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah bildirib.

İndoneziya parlamenti sədrinin müavini F. Hamzah bildirib ki, xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin var.

Qonaq öz ölkəsinin Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə böyük maraq göstərdiyini vurğulayıb.

Vitse-spiker Valeh Ələsgərov isə Azərbaycanla İndoneziya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

O, bu münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolu oynadığını vurğulayıb.

V. Ələsgərov bildirib ki, Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir: “Ölkəmizin öz enerji təhlükəsizliyini təmin etmək baxımından böyük potensialı var. Amma xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa maneçilik  törədir. Bu münaqişədə minlərlə insan şəhid olub və ya hər hansı formada zərər çəkib, ölkədə bir milyondan  artıq qaçqın və məcburi köçkün var. İşğalçılıq siyasətini davam etdirən Ermənistan  BMT, AŞPA, ATƏT və İKT kimi beynəlxalq təşkilatların Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamə və qərarlarına məhəl qoymur. Münaqişə nəinki, Azərbaycanın, bütövlükdə regionun  təhlükəsizliyini təhdid  edir”.

Milli Məclisin deputatı, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bəxtiyar Əliyev isə münasibətlərin genişlənməsində hər iki ölkənin  parlamentində mövcud olan dostluq qruplarının fəaliyyətindən söz açıb, qarşılıqlı  səfərlərin əhəmiyyətini vurğulayıb.  Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 639

QHT və MEDİA

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...