MÜSAHİBƏ
A- A A+

Məsələ qaldırıla bilər ki, Türkmənçay, Gülüstan müqavilələrinə yenidən nəzər yetirilsin və bu sənədlər ləğv olsun

2016-02-17 09:55:01

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib

"Rusiya ilə Türkiyə arasında Qars müqaviləsinin pozulacağına inanmıram. Bu mümkün deyil. Sadəcə olaraq Rusiyada müəyyən bir qrup prezident Vladimir Putinin apardığı siyasətə dəstək vermək, özlərini diqqətdə saxlamaq üçün belə bir addım atıblar". 
Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasındakı gərgin münasibətləri xalqların qarşıdurması kimi qələmə vermək düzgün deyil: "Bu gərginlik sadəcə iki hakim elita arasında mövcuddur. Rusiya tərəfi rəsmən etiraf edir ki, onlar Türkiyənin hakimiyyətində olan şəxslərin bir qrupuna qarşı mənfi münasibət nümayiş etdiririk. Ona görə də, hesab edirəm ki, iki ölkə arasında yaşanan gərginlik nə bu gün, nə keçmiş üçün iki hakim elita arasındaki ziddiyyətlərdən kənara çıxmayacaq. Çünki Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinin səbəbini bu dövrdə axtarmaq lazımdır".
M.Əhmədoğlu hesab edir ki. əgər Rusiya Türkiyə ilə keçmişdə yaşanan hadisələrə nəzər salsa, Türkiyənin də Rusiyanın keçmişi ilə bağlı deməyə sözləri olacaq: "Yəni, Rusiya keçmişlə bağlı hansısa müqaviləni ləğv edəcəksə, Türkiyə Rusiyanın dünya okeanına boğazlardan çıxışını kəsə, ya da NATO-Rusiya müharibəsi başlaya bilər".
M.Əhmədoğlu qeyd edib ki, indi Putin və onun komandası bu gərginlik fonunda sırf Türkiyənin əleyhinə iş aparırlar: "Qars müqaviləsi isə elə sazişdir ki,  bu sənədin ləğv olunması Cənubi Qafqaz dövlətlərinin taleyinə təsirsiz qalmayacaq. Bunun nəticəsi olaraq, Gürcüstan, Ermənistanın sərhəddində problemlər yaşana, Azərbaycanla əlaqəli bəzi proseslər baş verə bilər. Yəni, faktiki olaraq Rusiya Qars müqaviləsini ləğv etməklə bu dövlətləri özünə qarşı çevirə bilər. Ona görə də, rəsmi Moskvanın belə bir addımı atacağı gözlənilmir. Axırıncı dəfə Rusiya xarici işlər nazirinin xüsusi təmsilçisi Mariya Zaxarova bildirib ki, Azərbaycanla münasibətləri pisləşdirməyə zərrə qədər niyyətləri yoxdur. Bu mənada, Qars müqaviləsi elə bir sənəddir ki, razılaşmanın pozulması Rusiya ilə Azərbaycan arasında münasibətlərə yenidən baxılmasına rəvac verir. Ümumiyyətlə, əgər keçmişə nəzər yetiriləcəksə, Rusiyanın əleyhinə ayrı-ayrı yerlərdən də səslər qalxacaq. Tutaq ki, məsələ qaldırıla bilər ki, Türkmənçay, Gülüstan müqavilələrinə yenidən nəzər yetirilsin və bu sənədlər ləğv olsunsun. Rusiya bu təzyiqlərə dözə bilməyəcək. Yəni, keçmiş təftiş olunursa, biz az da əvvələ qayıtmaq mümkün olacaq. Moskva bu böyüklükdə diplomatik hay-küy yaratmaq niyyətində deyil. Ona görə də, belə bir qərarın qəbul olunması gözlənilmir".
Mərkəz sədri Rusiyada uydurma erməni soyqırımını tanımayanlara cəza tətbiq olunmasını nəzərdə tutan qanun layihəsinə toxunaraq bildirib ki, dekabrın 4-də Sergey Mironovun "Ədalətli Rusiya" Partiyası məsələ ilə bağlı Dumaya təklif göndərsə də, ortada nəticə yoxdur: "Heç olması da gözlənilmir. Çünki Rusiya başa düşür ki, "erməni soyqırımı" məsələsi təkcə Türkiyə ilə Rusiyanın münasibətlərinə aid deyil. Rusiya bununla Azərbaycanın da maraqlarına toxuna bilər".

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 935

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...