CƏMİYYƏT
A- A A+

Fransa mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib

2016-02-17 09:55:29

Fransanın Strasburq şəhərində nəşr olunan “Dernières Nouvelles d'Alsace” qəzetində fevralın 16-da yerli “l’Odyssée” kinoteatrında müstəqil litvalı rejissor Andreas Brokasın “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayiş ediləcəyi barədə məlumat xarakterli məqalə dərc olunub

Fact-info.az Modern.az saytına istinadən xəbər verir ki, filmin nümayişi  Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib.

Məqalədə bildirilir ki, bu film vasitəsi ilə 1992-ci ildə törədilmiş Xocalı qırğını anılacaqdır. Məqalə müəllifi Jurgen Thöne yazır ki, tanınmış fransız bəstəkarı Pyer Tilloyun bəstələdiyi “Xocalı 613” adlı musiqi əsərinin təsiri altında biz bu qırğının törətdiyi ağrını hiss edəcəyik.  

Məqalədə qeyd edilir ki, qərbi avropalıların əksəriyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı, 1992-ci ilin 26 fevral tarixində törədilən bu qırğın barədə daha müfəssəl məlumat almaq üçün internetdə axtarış aparmağa ehtiyac duyacaqlar.

“Xocalı 613” kişi, qadın və uşaqlardan ibarət 613 azərbaycanlının qətliamı kimi ifadə  olunur – qırğın Dağlıq Qarabağdakı erməni qüvvələri tərəfindən törədilmişdir.  

“Tarixin bu səhifəsi ilə mən Azərbaycanın paytaxtı Bakıya ikinci səfərim zamanı, ölkənin zəngin musiqisi və ədəbiyyatını kəşf edərkən tanış olmuşam. Xaricilərə həmişə qonaqpərvərlik göstərən azərbaycanlılar bu kədərli xatirəni mənimlə müəyyən vaxtdan sonra bölüşdülər. Daha sonra mənim dostlarımdan biri, azərbaycanlı skripkaçı Xocalı qurbanlarının xatirəsinə musiqi bəstələmək istəyimin olub-olmadığını soruşdu. Belə bir istək yalnız musiqiçidən gələ bilərdi. Sözlərdən fərqli olaraq, musiqi heç kəsi yaralamadan daha dərin təsir edir. Çünki o sözlə deyilməsi mükün olmayanı ifadə edir. Bu hətta müharibə ilə maraqlanmayan qərbi avropalılara toxuna bilər”, - deyə, bəstəkar Pyer Tilloy jurnalistlə söhbət edərkən bildirib.    

Bu incəsənət layihəsi dünyaya belə gəldi. Lakin tezliklə Pyer belə bir əsər yazmağın nə qədər çətin olduğunu dərk eidi. Pyer hesab edir ki, bəstələdiyi musiqi əsəri gözəl olmadan öncə, azərbaycanlılar və digərlərində səmimi hisslər yaratmalı idi. Burada əsas məsələ kimin nə törətdiyi deyil, xilas olanların çəkdiyi əzabı anlamaq idi.

 Qəzet məlumat verir ki, “Xocalı 613” əsəri 3 versiyada mövcuddur. Əsər Aleksandras Brokasın rejissoru olduğu “Sonsuz dəhliz” sənədli filminin nümayişindən sonra solo skripka və klarnetin daxil olduğu “Pandora String” kvarteti tərəfindən ifa olunacaq. Filmin nümayişində rejissor Aleksandras Brokas və Pyer Tiloy iştirak edib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 986

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...