MƏDƏNİ
A- A A+

Fransızdilli qəzetin saytı fəaliyyətə başladı

2016-02-17 09:45:41

Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin saytıwww.lecarrefour.az fəaliyyətə başlayıb. Bu barədə qəzetin təsisiçisi və baş redaktoru, fransızdilli jurnalist Zeynab Kazımova məlumat verib.

Zeynab Kazımova bildirib ki, qəzetin saytının yaradılması fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında gündəlik məlumat vermək, eyni zamanda ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında xidmət göstərməkdir. 
O, bildirib ki, təsisçisi olduğu mətbu orqanın Fransanın TV 5 Monde telekanalı ilə, baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi ilə əməkdaşlığı var. 
“Fəaliyyətimiz keçən il Milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində prezident İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündəki çıxışında vacib saydığı xarici media resursları ilə daha sıx əlaqələrin qurulması və Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının yaradılmasına yönəlib.”- deyə o, vurğulayıb.
 Baş redaktor əlavə edib ki, qəzet 9 ildir ki, fəaliyyətini məhz bu istiqamətdə konkret addımlar atmaqla qurub.
Belə ki, Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (Yol qovşağı) qəzeti 2007-ci ilin may ayından fəaliyyət göstərir. 
Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxucu kütləsinə çatdırır.
Qəzet Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızları və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Həmçinin Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, o cümlədən Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, gəzməli-görməli yerləri, təbiəti ilə bağlı məqalələr verməklə milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb.
Qeyd edək ki, “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə iki dəfə dəyirmi masa təşkil edilib. Eyni zamanda, bu ilin yanvar ayında Fransızdilli "Le Carrefour" (Yol qovşağı) qəzetinin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1068

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...