QHT və MEDİA
A- A A+

Yeni qurum - İctimai Nəzarət Şurası yaradılır

2016-02-17 09:20:32

Azərbaycanda "İctimai iştirakçılıq haqqında" qanuna və İctimai şuraların fəaliyyəti haqqında Əsasnaməyə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan İctimai Şuraların mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nəzarətindən çıxarılması təklif olunur

Qeyd edək ki, bu məsələ Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fevralın 15-də keçirilən birgə iclasında ictimai müzakirəyə çıxarılan "İctimai nəzarət haqqında" qanun layihəsində əksini tapıb.

Şura tərəfindən hazırlanan qanun layihəsinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyəti müvafiq orqan tərəfindən əlaqələndiriləcək. Müvafiq orqanın səlahiyyətlərinə Azərbaycanda ictimai nəzarətin həyata keçirilməsində ictimai nəzarət subyektinə metodoloji, təşkilati və texniki dəstək, eyni zamanda ictimai şuralar tərəfindən aparılan ictimai nəzarətin icrasının monitorinqi daxildir. Mərkəzi icra hakimiyyəti orqanlarının İctimai Şura yaratmaqdan yayınmasının da qarşısı alınacaq. Qanun layihəsinə əsasən ictimai nəzarətin həyata keçiriləcəyi mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı müvafiq fərmanla təsdiq ediləcək.

Sözügedən komitənin sədri Əli Hüseynli bildirib ki, bir xeyli müddət öndə MM-lə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.Eyni zamanda, ötən dövr ərzində parlamentdə bir sıra qanunlarla bağlı ictimai müzakirələr, dinləmələr təşkil olunub.Həmçinin,  ölkə başçısı İlham Əliyevin son illər və xüsusilə, son aylar irəli sürdüyü əsas tezislərdən biri də ictimai nəzarətin təşkil olunması və gücləndirilməsidir: "Məhz həmin tezisin məntiqi nəticəsidir ki,  bu gün millət vəkili Azay Quliyev tərəfindən ictimai nəzarətin gücləndirilməsi ilə bağlı belə bir qanun layihəsi hazırlanıb müzakirələrə çıxarılıb. Biz bu sənədi ictimai müzakirələrə çıxarmazdan öncə isə belə qərarlaşdıq ki, onun dinləmələrinə vətəndaş cəmiyyəti nümayəndələrini də dəvət edək".

Adıçəkilən Şuranın sədri Azay Quliyev deyib ki, mərkəzi və yerli icra hakimiyyətləri yanında ictimai şuraların mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən yaradılmamasını istəyirlər.  O, bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların müvafiq orqan tərəfindən yaradılmasını və fəaliyyətinin də müvafiq orqan tərəfindən əlaqələndirilməsini təklif edirlər: "Bu gün bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şura yaradılıb, bəzilərində yaradılmayıb. Bəzən də bir gündə hansısa mərkəzi və yerli icra hakimiyyəti orqanı formal olaraq İctimai Şura yaradıldığını elan edir. Biz subyektivliyi, formallığı  aradan qaldırmaq istəyirik. Ona görə də mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılması və fəaliyyətinin əlaqələndirilməsinin müvafiq orqana həvalə olunmasını təklif edirik". 

Millət vəkili Fəzail Ağamalı mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılması və fəaliyyətinin əlaqələndirilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə olunmasının qanunda əksini tapmasını istəyib. F. Ağamalı Şuranın bu sahədə fəaliyyəti ilə əlaqədar Azərbaycan prezidenti ilə bərabər, Milli Məclisə də hesabat verməsini zəruri sayıb.

“Konstitusiya” Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev isə təklif edib ki, ictimai nəzarət təkcə mərkəzi və yerli icra hakimiyyətlərini deyil, qərar verən bütün publik qurumları, o cümlədən,  bələdiyyələri də əhatə etsin.

Millət vəkili Qüdrət Həsənquliyev İctimai Şuraların 5 il ərzində fəaliyyət göstərməsinin qanunda əksini tapmasını təklif edib:"Yəni, hər bir İctimai Şura  yalnız 5 il ərzində fəaliyyət göstərməlidir və növbəti müddətdə yerini başqasına verməlidir. Eyni zamanda, İctimai Şuraların sədrləri bir il ərzində və yalnız bir dəfə bu vəzifəni icra etməlidirlər.

Həmçinin, İctimai Şuraların tərkibi 12 üzvdən artıq olmamalıdır".

Ə.Hüseynli də öz növbəsində  qanun layihəsinin komitədə, Milli Məclisdə birinci, ikinci və üçüncü oxunuşda müzakirəsi zamanı təkliflərin nəzərə alınacağını söyləyib

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 653

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...