SİYASƏT
A- A A+

Azay Quliyev: “Məqsədimiz ictimai nəzarətin təminatına kölgə salacaq qanunsuzluqları aradan qaldırmaqdır”

2016-02-16 09:25:10

"Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması səbəbindən belə layihənin hazırlanması zəruri idi. İctimai nəzarətlə bağlı qanunvericilikdə müəyyən müddəalar olsa da, bu məsələ tam təkmil formada deyildi”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentdə "İctimai nəzarət haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.  
Şura sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müəyyən mexanizmlərin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim edib: “Bəzən yerli icra hakimiyyəti orqanları İctimai şuraların yaradılması ilə bağlı mövcud qanunvericiliyə əməl etmir, yaxud da şəffaflıq prinsipinə söykənməyərək bir günün içərisində ictimai şuraların yaradıldığını elan edirlər. Əsas ali məqsədimiz ictimai nəzarətin təminatına kölgə salacaq qanunsuzluqları aradan qaldırmaqdır. Bunun üçün də müvafiq orqanlar tərəfindən ictimai şura yaradılmalıdır. Bununla da həmin müvafiq orqan Prezident və Prezident Administrasiya ilə bilavasitə təmasları təmin edə bilsin".
Xatırladaq ki, yeni qanun layihəsində İctimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir. Yeni qanun layihəsi 17 maddədən ibarətdir. Bundan başqa, İctimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar vasitəsilə həyata keçiriləcək. İctimai şuralarda qeyri-hökumət təşkilatları, KİV, həmkarlar ittifaqı, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 777

QHT və MEDİA

2018-11-22 08:55:09

QHT və MEDİA
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...

Bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rə...

2018-11-21 09:35:25

QHT və MEDİA
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh...

CƏMİYYƏT

2018-11-21 08:40:21

CƏMİYYƏT
"Belarusun Qarabağ məsələsinin həllində ...
"Belarusun Qarabağ məsələsinin həllində ...

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydı...

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...