2021-08-02 09:45:27 | SİYASƏT
Erməni diasporunun səyləri ilə yalan məlumatların Avropa Parlamentinin üzvləri tərəfindən həqiqət kimi təqdim olunması təəssüf doğurur

Erməni diasporunun səyləri ilə yalan məlumatların AP üzvləri tərəfindən həqiqət kimi təqdim olunması təəssüf doğurur.

Bu fikirlər Milli Məclisin deputatı, Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin Avropa Parlamentində (AP) Cənubi Qafqaz ölkələri ilə Əməkdaşlıq Komitəsinin həmsədri M.Kalyurandın (Estoniya), Azərbaycan və Ermənistan üzrə AP daimi məruzəçiləri Jelyana Zovkonun (Xorvatiya) və Andrey Kovaçevin (Bolqarıstan) “Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı” birgə bəyanatına dair bəyanatında yer alıb.

Cavanşir Feyziyev qeyd edib ki, Azərbaycan Ordusunun bu ilin 12 may tarixində guya Ermənistan ərazisinə daxil olması ilə bağlı Ermənistan siyasi dairələrinin və beynəlxalq erməni diasporunun məqsədyönlü şəkildə yaydığı yalanların bəyanatda yer alması onu göstərir ki, bu bəyanatın mətni beynəlxalq erməni diasporunun Avropa ofisində hazırlanıb. Baş vermiş sərhəd insidentləri zamanı həlak olmuş erməni əsgərləri üçün başsağlığı ifadə edən AP üzvlərinin həmin insidentlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərini xatırlamaması da bunu bir daha təsdiq edir.

“Avropa erməni diasporunun bu təxribatına cavab olaraq və Azərbaycan-Ermənistan sərhədlərində baş verən hadisələrə növbəti dəfə aydınlıq gətirmək məqsədilə bəyan edirik ki, 30 illik işğal faktı aradan qaldırıldıqdan sonra Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın Konstitusiyası ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində iki ölkə arasında münaqişədən əvvəl mövcud olmuş və beynəlxalq səviyyədə tanınmış sərhədlərin mühafizə olunması üçün özünün qanuni dislokasiya məntəqələrini bərpa edir. Münaqişənin başa çatması ilə bağlı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın yerinə yetirilməsi istiqamətində atılan bu addımların guya Ermənistan ərazisinin zəbt olunması kimi qələmə verilməsi Ermənistanda hakimiyyətlə müxalifət arasında gedən daxili siyasi mübarizədə geniş istifadə olunan bir yalandır və erməni diasporunun səyləri ilə bu yalan məlumatların AP üzvləri tərəfindən həqiqət kimi təqdim olunması təəssüf doğurur.

Bəyanat müəlliflərinin Azərbaycan hərbi qüvvələrinin 12 may tarixinədək tutduqları mövqelərə çəkilməsini tələb etməsi isə ümumiyyətlə, təəccüb doğurur. Belə ki, özünün qanuni əraziləri çərçivəsində hərbi qüvvələrin hər hansı yerdəyişməsi hər bir ölkənin, o cümlədən Azərbaycanın suveren hüququdur və AP üzvlərinin digər dövlətlərin suveren hüquqlarına zidd fikirlər və tələblər səsləndirməsi qəbuledilməzdir. Eləcə də, AP üzvlərinin Azərbaycan siyasi gündəmində istifadə olunan yer adlarına və müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması haqqında səsləndirilən fikirlərə etiraz etməsi də heç bir məntiqə sığmır. Müasir Ermənistanın 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında yaradılması və sovet imperiyasının ilk illərində Azərbaycan torpaqları hesabına Ermənistan ərazisinin əhəmiyyətli dərəcədə genişləndirilməsi tarixi faktlardır və nə Ermənistan, nə də onun işğalçılıq siyasətinə haqq qazandırmağa çalışan digər qüvvələr rəsmi sənədlərə əsaslanan bu faktları təkzib edə bilərlər.

Bununla yanaşı, bir daha avropalı həmkarlarımızın diqqətinə çatdırırıq ki, Azərbaycan bütün dövlətlərin, o cümlədən Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tanıyır və heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürmür. Münaqişədən əvvəl Ermənistan ərazisində yaşamış və münaqişə nəticəsində Ermənistandan qovulmuş yüz minlərlə Azərbaycan əsilli vətəndaşların öz doğma torpaqlarına qayıtmasının təmin olunması onların beynəlxalq qanunlar tərəfindən zəmanət verilən hüququdur və qaçqınların hüquqlarının bərpa olunması beynəlxalq birliyin, o cümlədən Avropa Parlamentinin Avropa dəyərlərindən və Universal İnsan Haqlarından doğan təbii öhdəliyidir. Bu baxımdan, Azərbaycan bütün beynəlxalq qurumlar kimi, AP-ni də etnik azərbaycanlı qaçqınların Ermənistan ərazisində daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi işinə töhfə verməyə çağırır.

“Uzun sürən münaqişənin danışıqlar yolu ilə həll edilməsi və Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunması” haqqında bəyanat müəlliflərinin çağırışı onu göstərir ki, AP-də Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa məsul seçilmiş şəxslərin bölgədə baş verən hadisələrdən xəbəri yoxdur və onlar, sadəcə, Avropa erməni diasporunun AP-də yaydığı dezinformasiyalar əsasında fikir yürüdürlər. Bu məlumat boşluğunu aradan qaldırmaq məqsədilə növbəti dəfə hörmətli həmkarlarımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən tanınmış qanuni ərazilərinin Ermənistan tərəfindən işğalına 2020-ci ilin 10 noyabr tarixində son qoyulub. Azərbaycanın 30 il ərzində işğal altında qalmış 20 faiz ərazisi işğaldan azad olunub və bununla da BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın özü tərəfindən yerinə yetirilib. Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur və mövcud olmayan bir ərazi vahidinin statusu haqqında danışmaq əsassız və yersizdir.

Azərbaycan və Ermənistan arasında münaqişə başa çatıb və hazırda bölgədaxili əməkdaşlığın bərpa olunması istiqamətində səylər göstərilir. Dünyanın bütün mütərəqqi qüvvələri, o cümlədən Aİ bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı əməkdaşlığın bərqərar olunması istiqamətində Azərbaycanın səylərini alqışlayır və ona dəstək verir. AP də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı əməkdaşlığın təşviq olunmasına öz töhfəsini vermək istəyirsə, Avropa erməni diasporunun apardığı qeyri-konstruktiv təbliğatda iştirak etməkdən imtina etməli, məsuliyyətsiz bəyanatlar səsləndirməkdən çəkinməli və bölgədəki vəziyyətlə yerində tanış olmaqla obyektiv mövqe sərgiləməlidir. Bölgədəki hadisələrə obyektiv yanaşma həm də AP-nin Azərbaycan cəmiyyətində deqradasiyaya uğramış nüfuzunun bərpa olunmasına xidmət edə bilər”, - deyə Milli Məclisin deputatı vurğulayır.

Baxış sayı : 256
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54