MÜSAHİBƏ
A- A A+

Gəncənin rəmzinə çevrilən Xan çinarı və onun faydaları

2016-02-15 09:25:33

Elmi mənbələrdə əsl adı “Platanus Orientalis” kimi çəkilən Şərq çinarını gəncəlilər Xan çinar adlandırıb, şəhərlərinin rəmzi hesab edirlər

Adətən, 1000-1500 il ömür sürən bu ağacların gövdəsinin diametri 12 metrə qədər böyüyə bilir. Əzəmət və ucalıq rəmzi hesab edilən Şərq çinarlarının hündürlüyü 25-30 metrə, bəzi hallarda isə 50 metrə çatır.

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Həsənov AZƏRTAC-a müsahibəsində bildirib ki, ilk baxışda Gəncənin iqlimi üçün xarakterik hesab edilməyən Şərq çinarları bu ərazilərdə daha sürətlə boy atır. O, bunu çinar ağaclarının kökünün torpağın daha dərin qatlarınadək uzanması və Gəncənin yeraltı çay, kəhriz su sisteminə malik olması ilə əlaqələndirir.

Z.Həsənov deyib ki, Şərq çinarının məskəni Zəngilan hesab edilir. Nəinki Gəncədə, eləcə də ölkəmizin digər şəhər və rayonlarında Şərq çinarlarının əkilməsi məqsədəuyğundur. Çünki çinar iri yarpaqları vasitəsilə şəhər atmosferinin tozunu və insan orqanizmi üçün zərərli qazları udaraq, ətrafda zəngin oksigen mənbəyi yaradır. Bu mikroiqlim insanlarda fiziki yorğunluğu aradan qaldırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Şəhər sakinlərinin ilin isti aylarında kölgəsinə sığındığı çinar ağacları Gəncədə xüsusi mühafizə olunur və pasportaşdırılır. Gəncədə yaşı 150-ni keçən 224 çinar ağacı var. Pasportda ağacın yaşı, diametri, hündürlüyü barədə məlumatlar qeyd edilir.

Gəncədə Şah Abbas məscidinin həyətində 1606-cı ildə əkilən çinar ağacları bu gün də yaşayır. Şəhər ətrafında olan ağaclardan ən qədiminin isə 1500 yaşı var.

Qeyd edək ki, bir sıra ölkələrin xalq təbabətində çinarın yarpağından və qabığından istifadə geniş yayılıb. Antiseptik xüsusiyyətlərə malik çinarın yarpağından və gövdəsinin qabığından hazırlanan dəmləmələr və məhlullar əsasən qızdırmanın salınmasında, saçdakı kəpəyin təmizlənməsində, baş dərisindəki qaşınmanın qarşısının alınmasında, ilan sancmasında, həmçinin sulu və açıq yaralar zamanı istifadə olunur.

 

 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1241

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...