2021-07-26 07:30:58 | TƏDQİQATLAR-ANALITIKA
Politoloq: Azərbaycan sübut edir ki, o, təkcə haqlı deyil, həm də güclüdür

Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiyaya məcbur etdiyi Ermənistanla yanaşı, onun havadarlarına qarşı da gərgin siyasi və diplomatik mübarizəsi davam edir. Azərbaycanın regionda müharibədən sonrakı dövr üçün müəyyənləşdirdiyi yeni geosiyasi reallığın şərtləri bölgə və qonşu ölkələrlə yanaşı, əksər aparıcı dünya dövlətləri tərəfindən də qəbul edilir və dəstəklənir.

Yalnız Ermənistan regionda sülh, təhlükəsizlik və sabitlik şəraitində geniş iqtisadi inkişaf prosesini təmin edəcək yeni şərtləri qəbul etməyərək kortəbii israr göstərir. Ancaq artıq tarixi zərurətə çevrilən bu yeni reallığı və onun şərtlərini qəbul etmədən Ermənistanın uzun illər ərzində düşdüyü bataqlıqdan heç vaxt çıxa bilməyəcəyini çoxları anlayır. Hazırda regionda cərəyan edən proseslərin tərkib hissəsi kimi qalib Azərbaycanda və məğlub Ermənistanda baş verənlərin müqayisəli təhlilini aparsaq, mövcud mənzərə aşkar şəkildə gözümüzün önündə canlanacaq.

Əvvəlcə Azərbaycana qarşı apardığı təxribatçı və düşmənçilik siyasətinə görə layiqli cavabını “dəmir yumruq”la alan Ermənistanda baş verənlərə nəzər yetirək. İkinci Qarabağ müharibəsindən sonra bu ölkədə baş verən siyasi təlatümlər, xaotik proseslər və qarşıdurmalar bu gün də davam edir. Ölkədəki xaosun məntiqi və gözlənilən davamı kimi silsilə istefalar və dövlətin idarəetmə mexanizminin əksər qollarının başsız qalması növbədənkənar parlament seçkilərindən sonra hökumətin formalaşdırılması prosesini də dalana dirəyib. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkə daxilində Qarabağ klanının üzvləri ilə gərgin mübarizə aparmağa və hakimiyyətini qorumaq üçün istənilən yola baş vurmağa davam edir. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları və düşmənçilik siyasəti ilə özünü regiondakı bütün inkişaf proseslərindən kənarda qoyan Ermənistan dövləti bunun çıxış yolunu hələ də başqa dövlətlərdə axtarır. Yürütdüyü yanlış və təhlükəli siyasətlə özünü xarici ianələrdən və yardımlardan tam şəkildə asılı vəziyyətə salan Ermənistan girdiyi sonu görünməyən bu tuneldən çıxış yolunun yalnız geri qayıtmaqda və bizə qarşı düşmənçilik səhifəsini bağlamaqda olduğunu qəbul etmək istəmir. Bəzən isə ona bunu etməyə icazə vermirlər. Ancaq hər bir halda, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi açıq mətnli mesajlardan Ermənistan çox yaxşı anlayır ki, bu, 44 günlük Vətən müharibəsindən sonra “dəmir yumruğ”un onlara verdiyi son və həlledici şansdır.

Həm siyasi, həm də həqiqi mənada qaynar qazanı xatırladan Ermənistandan fərqli olaraq, qalib Azərbaycanda işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, quruculuq və inkişaf prosesi davam etməkdədir. Uzun illərdən sonra həm daxili, həm də beynəlxalq hüququn tələblərinə uyğun və ən əsası, mənəvi haqqı kimi ərazilərini düşmən tapdağından azad etmək məqsədilə əks hücuma keçərək ildırımsürətli müharibə aparan dövlətimiz artıq tam yeni mərhələyə qədəm qoyub. Dövlətimiz düşmənə və onun dəstəkçilərinə qarşı siyasi, diplomatik və informasiya sahələrində mübarizəsini tam gücü ilə aparmaqla yanaşı, bərpa və quruculuq işlərini də sürətlə aparır.

Müstəqil siyasət yürüdən Azərbaycan dövlətinə rəhbərlik edən Prezident İlham Əliyev bütün çıxışlarında xalqımızın, dövlətimizin və dövlətçiliyimizin maraqları və mənafeləri ilə bağlı olan məsələlərdə heç kimə güzəştə getməyəcəyimizi açıq şəkildə bəyan edir. Vətən müharibəsindəki Zəfərimizdən sonra Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə qazilərimizlə görüşən Prezident İlham Əliyev daim qazilərimizin və şəhid ailələrinin yanında olacağını vurğuladı. Bu günlərdə Xocasən qəsəbəsində qazilərimizə və şəhid ailələrinin üzvlərinə mənzil və avtomobillərin təqdim olunması mərasimində iştirak edən dövlətimizin başçısı mühüm mesajlar verdi. Qərbi Zəngəzurun, Göyçənin və İrəvanın da tarixi Azərbaycan torpaqları olduğunu xatırladan Müzəffər Ali Baş Komandan əsassız olaraq Ermənistanda yeni ajiotaj və çaxnaşma yaradan yeni hədəflərimizi bəlli etdi. Həmişəki kimi, bu fikirləri də yanlış qəbul edən rəsmi İrəvan sadə bir həqiqəti anlamalıdır ki, onun qalib və güclü Azərbaycanın sülh təşəbbüslərinə qeyri-adekvat münasibəti bizim tarixi ərazilərimizdə yaradılan Ermənistanı elə tarixə də qovuşduracaq.

Prezident İlham Əliyevin məlum mesajından sonra, sözün əsl mənasında, müvazinətini itirən Ermənistan yenidən havadarlarına yalvarmağa başladı. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin regiona səfərini fürsət bilən ermənilər bundan öz məqsədləri üçün yararlanmağa çalışdılar. Ermənilər “ağa”larından biri hesab etdikləri Şarl Mişeldən Azərbaycana qarşı siyasi bəyanatlar səsləndirməsini, “Dağlıq Qarabağ” ifadəsini və status məsələlərini dilə gətirməsini istəsələr də, buna nail ola bilmədilər. Ermənilərin nail olduqları isə həmişəki kimi, yenə də ianə payı oldu. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Şarl Mişel nəinki həmin ifadələri işlətmədi, əksinə, Ermənistandan fərqli olaraq, Azərbaycanla bərabər tərəfdaş kimi münasibətdə olduqlarını açıq şəkildə bəyan etdi. İrəvanda sanki öz ofisində tapşırıqlarını verən Aİ Şurasının Prezidenti Azərbaycanda digər xarici qonaqlar kimi inkişafımızın göstəriciləri ilə tanış olmaq üçün bir sıra önəmli məkanlara baş çəkdi və hətta Şamaxı rayonuna səfər etdi. Şarl Mişelin səfəri Avropa İttifaqının Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallığı qəbul etdiyini və dəstəklədiyini ortaya qoydu.

Bundan sonra Prezident İlham Əliyevin Ermənistan tərəfinin özünün digər “ağa”sı hesab etdiyi və faktiki forpostu olduğu Rusiyaya işgüzar səfəri və orada aparılan müzakirələrin məzmunu rəzil qonşularımızın şimala istiqamətlənmiş ümidlərini də puç etdi. 10 noyabr tarixli Bəyanatın əsas təşəbbüskarı, vasitəçisi və iştirakçısı olmaqla “yaralı ilanın qartalın caynağından xilas edilməsi”nə bənzər şəkildə Ermənistanı Azərbaycan Ordusundan xilas edən Rusiya da mövqeyini bir daha bəyan etdi. Bu xilasetmə aksiyasını hələ də sülhməramlı missiyası şəklində həyata keçirən Rusiya dövlətinin onlara qarşı bu xoş məramından sui-istifadə edən Ermənistan sərhəddəki son təxribatları ilə şimal qonşumuzu da kifayət qədər qəzəbləndirib.

Azərbaycanda hadisələr öz axarı ilə davam edir. Dövlətimiz heç bir fərq və məhdudiyyət qoymadan inkişaf prosesini davam etdirməkdə, yeni layihələrin təməlini qoymaqda və bəzilərini istifadəyə verməkdədir. Xarici siyasətimiz və diplomatiyamızla yanaşı, bu proseslərə də uğurla rəhbərlik edən qalib Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev müstəqil və milli maraqlara xidmət edən siyasət yürütməklə bağlı prinsipial mövqeyindən və qətiyyətli iradəsindən çəkilməyəcəyini keçmiş işğalçı Ermənistana və bütün dünyaya bir daha bəyan edir.

Dövlətimizin başçısı Ermənistan kimi dövlətlərdə heç vaxt olmayan və hər bir dövlətin siyasi müstəqilliyinin təməl prinsipini təşkil edən iqtisadi müstəqilliyimizin təminatı kimi regionlara intensiv səfərləri çərçivəsində yeni obyektlərin təməlini qoyur və açılışlarını edir. Növbəti səfərini ölkəmizin qərb regionunda yerləşən Daşkəsən, Naftalan və Goranboya edən dövlət başçısı orada da bir sıra əhəmiyyətli obyektlərin açılışını etdi. Ənənəsinə sadiq qalan ölkə rəhbəri son səfəri zamanı da Azərbaycan Televiziyası vasitəsilə dövlətimizin baş verən proseslərlə bağlı rəsmi mövqeyini bəyan etdi. Region dövlətləri ilə yanaşı, qonşu ölkələrimizin və dünyanın mütləq əksəriyyətinin dəstək verdiyi Zəngəzur dəhlizinin mütləq reallaşacağına dair ilk gündən sərgilədiyi münasibəti bir daha təkrarladı.

Ümumilikdə həm bölgədə, həm də dünyada regionumuzla bağlı baş verən proseslər bir daha onu göstərir ki, dünyada ikili standartlar və ədalətsiz yanaşmalar həmişə olub və bundan sonra da olacaq. Dünya isə haqlıya deyil, güclüyə hörmət edir və onun yanında olur. Azərbaycan da bu gün bir daha sübut edir ki, o, təkcə haqlı deyil, həm də güclüdür. Əgər dünya haqlıya deyil, güclüyə hörmətlə yanaşırsa, biz haqqımızı gücümüzlə də tələb etmək iqtidarındayıq. Hazırda müstəqil və uğurlu daxili və xarici siyasət kursu yürüdən, uğurlu və məntiqli diplomatiyası ilə düşmənin İkinci Qarabağ müharibəsindəki kimi siyasi və diplomatik səhnədə yenidən tək saxlanılmasına məcbur edən dövlətimizin rəhbəri dünyaya yeni nümunə göstərir. Prezident İlham Əliyev ortaya qoyduğu sülh təşəbbüslərinə etinasız yanaşılmasına məntiqi cavab olaraq Zəngəzurun, Göyçənin və İrəvanın tarixi Azərbaycan əraziləri olduğuna dair prinsipial və qətiyyətli mövqeyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanımız regionun siyasi və iqtisadi xəritəsini tarixi ədaləti bərpa etməklə yenidən tərtib edən lider və şəxsiyyət kimi dünya tarixinə düşməkdədir”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov

Baxış sayı : 381
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05