2021-07-23 15:10:17 | AKTUAL
Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı çapdan çıxıb

Kitab Xocalı qətliamında 1000-ə yaxın soydaşımızı xilas edən Milli Qəhrəman Füzuli Rüstəmovdan bəhs edir

Qarabağ savaşının qəhrəmanlarından biri – Xocalı şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov haqqında kitab işıq üzü görüb. Jurnalist-publisist Nəzirməmməd Zöhrablının qələmə aldığı, Azərbaycanın qəhrəman oğlunun Vətən torpaqları uğrunda cızdığı şərəfli salnamədən bəhs edən “İgid ömrü” sənədli-povesti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xatirə kitabı redaksiyasının “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi əsasında reallaşdırılıb.

Layihənin rəhbəri Xatirə kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədova, redaktoru və ön sözün müəllifi şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflidir. Kitab “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin rəyi əsasında çapa hazırlanıb. “Azəri” nəşriyyatında nəfis tərtibatda işıq üzü görən “İgid ömrü”nün nəşriyyat direktoru Ceyhun Xəlilov, texniki redaktoru Cəfər Kərimov, korrektoru Kamilə Dilbazidir.

“İgid ömrü”ndə Milli Qəhrəman Füzuli Salah oğlu Rüstəmovun həyat və döyüş yolu haqqında toplanılmış zəngin materiallardan, qəhrəmanın doğmalarının, döyüş yoldaşlarının və küllən xocalıların onun təkrarsız igidlikləri, öz yurdu uğrunda verdiyi mücadilələrdən söhbət açılır. Onun xüsusilə bir döyüşçü və bələdçi olaraq 26 fevral Xocalı soyqırımı gecəsi 1000 nəfərə yaxın xocalılını düşmən caynağından xilas edərək Ağdamın Şelli kəndinə gətirib çıxarması, özününsə dördüncü dəfə bələdçiliyə qayıdarkən düşmən gülləsinə tuş gələrək şəhid olduğu barədə təkzibolunmaz qürurverici faktlar xalqımızın tarixində bir örnək kimi yaşayacaqdır. Bu baxımdan deyə bilərik ki, 3 bölüm, 255 səhifədən ibarət “İgid ömrü” Qarabağ savaşımız haqqında dəyərli bir vəsait olacaqdır.

Kitabda həmçinin Füzulinin uğrunda həyatını qurban verdiyi Xocalı barədə həqiqətlərin bir qismi, Xocalının müdafiəsi ilə ilgili faktlar da oxucuların diqqətinə çatdırılır. Kitabın yazılması xoşbəxtlikdən Azərbaycanın 44 günlük Vətən

müharibəsi və Zəfər günlərinə təsadüf etdiyindən müəllif bu barədə də qeyd və düşüncələrini faktların dili ilə oxucularla bölüşmüşdür.

Baxış sayı : 174
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00