2021-07-19 11:05:03 | QHT VƏ MEDİA
Politoloq: Ermənistan sərhəddə təxribatlar törətməklə Azərbaycanı cavab addımları atmağa vadar edir

Son günlər Azərbaycan-Ermənistan sərhədində xoşagəlməz hadisələr baş verir. Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayaraq işğalçılıq siyasəti yürüdüb və indi də bu siyasəti davam etdirir. Qarşı tərəf sərhəddə ajiotaj yaratmaqla dünya dövlətlərinin diqqətini buraya cəlb etmək istəyir.

Fact-info.az-ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.

Politoloq bildirib ki, Ermənistan ötən 30 ilə yaxın müddətdə artıq keçmişdə qalmış Qarabağ münaqişəsindən öz çirkin məqsədləri üçün istifadə edib. Məqsəd isə dünya ölkələrinin, hətta Şərqlə Qərb, xristian və müsəlman dünyaları arasında gərginliyin yaradılması idi. Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasət və müdrik diplomatiya nəticəsində bunun qarşısı alındı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı diplomatik və siyasi baxımdan təcrid etməyi bacardı. Şanlı Azərbaycan Ordusu düşmənə döyüş meydanında diz çökdürdü. İllərlə kağız üzərində qalan BMT qətnamələri məhz ölkəmiz tərəfindən yerinə yetirildi, ərazi bütövlüyümüz təmin olundu.

Ermənistan rəhbərliyini ən çox narahat və məyus edən məsələnin 30 ilə yaxın müddətdə nə qədər çalışsa da, heç bir ölkənin yüksək vəzifəli rəsmi nümayəndəsini Qarabağa gətirə bilməməsi olduğunu deyən X.Bəşirov vurğulayıb: “Təbii ki, bunun səbəbi Azərbaycanın beynəlxalq nüfuzu və dünya ölkələrinin Ermənistanın işğal altında saxladığı ərazilərin Azərbaycana aid olduğunu qəbul etmələri idi. Ancaq biz ərazilərimizi işğaldan azad etdikdən bir neçə ay sonra regionun və dünyanın aparıcı dövlətlərindən olan, NATO-da böyük nüfuza malik Türkiyənin dövlət başçısını Rəcəb Tayyib Ərdoğanı Şuşaya dəvət etdik. 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında tarixi Şuşa Bəyannaməsi imzalandı. Ermənistanın çirkin məqsəd güdən səylərinə baxmayaraq, dünya ölkələri bu məsələyə normal münasibət göstərdi”.

Politoloq diqqətə çatdırıb ki, Ermənistan müharibənin başa çatdığı və münaqişənin tarixə qovuşduğu bir vaxtda çirkin niyyətindən və işğalçılıq siyasətindən yenə də əl çəkmir. Ermənistan Azərbaycanın delimitasiya və demarkasiya məsələlərini həyata keçirdiyi zaman prosesə mane olmağa çalışır. Bu ölkə, həmçinin vəziyyəti gərginləşdirməklə və sərhəddə təxribatlar törətməklə Azərbaycanı cavab addımları atmağa vadar edir. Cənubi Qafqaz artıq əvvəlki region deyil. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə regionda yeni reallıqlar yaradıb. Dünya dövlətlərinin, beynəlxalq təşkilatların ortaya qoyduğu iddialara diqqət yetirsək görərik ki, bütün dünya sülhün, təhlükəsizliyin tərəfdarıdır. Belə olan halda, Azərbaycan düşməni işğal edilmiş torpaqlardan öz gücü hesabına çıxarmaqla sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu göstərdi.

“Ermənistana havadarlıq edən qüvvələr, xüsusilə Fransa və ABŞ kimi dövlətlər, əslində, Azərbaycanın ortaya qoyduğu reallıqlarla barışmaq və dəstək vermək əvəzinə, regionda vəziyyətin yenidən gərginləşməsinə maraq göstərirlər. Ermənistanı idarə edən şəxslər, xüsusilə seçkilərdən sonrakı hakimiyyət anlamalıdır ki, onlar üçün sülh müqaviləsinin imzalanmasından başqa çıxış yolu yoxdur. Ermənistan hakimiyyəti isə sülh müqaviləsi bağlamaq əvəzinə, Naxçıvanı və Şuşanı atəşə tutur, təxribatçı hərəkətlərə yol verir. Belə olan təqdirdə, Azərbaycan təhlükəsizliyi nöqteyi-nəzərindən antiterror əməliyyatı keçirməyə məcburdur və bu barədə qarşı tərəfə dəfələrlə bildirilib. Genişmiqyaslı antiterror əməliyyatı keçirilərsə, bu, Ermənistan dövlətinin apardığı siyasətin ifşası ilə nəticələnəcək”, - deyə X.Bəşirov vurğulayıb.

Politoloq vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsindən çıxış edərək 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa etdi. Ölkəmiz yenə də beynəlxalq hüquqa əsaslanaraq, öz hüquqlarını tam təmin edəcək və tutduğu haqq yolunda inamla irəliləyəcək.

Baxış sayı : 125
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00