2021-07-18 08:30:41 | QHT VƏ MEDİA
“Rəqəmsal Jurnalistikaya doğru” proqramının müsabiqə hissəsi başlayıb

Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində 4 günlük seminarlara yekun vurulub.

13-16 iyul tarixində ASAN Təlim–Tədris Mərkəzində təşkil olunan seminarlarda “Ənənəvi mediadan rəqəmsal mediaya”, “Medianın əsasları”, “Sosial medianın jurnalistikada istifadəsi”, “Blogerliyin əsasları”, “Qlobal rəqəmsallaşmada Azərbaycan”, “myGov” elektron hökumət portalı”, “e-gov.az” portalı”, “ASAN Login” Vahid Giriş Sistemi, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”, “Startaplar”, “Süni İntellekt” mövzuları müzakirə olunub, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

16 iyulda, seminarların son günündə ümumi mükafat fondu 2200 AZN təşkil edən müsabiqəyə start verilib. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən aşağıdakı mövzular üzrə araşdırmalar hazırlanaraq kütləvi informasiya vasitələrində dərc olunmalıdır: • “ASAN ödəniş” portalının funksionallığı və portala yeni xidmətlərin gətirilməsi üçün təkliflər; • “ASAN Finans”ın vətəndaş və biznes qurumları üçün üstünlükləri; • Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları; • Özəl sektorda vətəndaşların işlərini rahatlaşdıracaq həllər; • Mövcud elektron hökumət həlləri, onların gündəlik həyatımızda rolu və faydaları; • Azərbaycanda tələbatı yüksək olan xidmətlərin elektronlaşdırılması; • Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları; • Rəqəmsal hökumətdə süni intellektin tətbiqi üzrə uğurlu nümunələr və ölkə üzrə təkliflərin verilməsi. Hazırlanmış materiallar proqramın münsiflər heyəti tərəfindən təhlil edilərək qiymətləndiriləcək. Birinci, ikinci və üçüncü yerin qalibi proqramın mükafatlandırma mərasimində elan olunacaq.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramlarının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını daha da artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin bilgilərini daha da genişləndirməkdir.

Baxış sayı : 220
Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir 2022-01-24 20:50:31 Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır 2022-01-24 13:45:14 “Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” videoçarxı xarici KİV-də 2022-01-24 10:15:15 Azad edilən ərazilərdə daha 67 hektar ərazi minalardan təmizlənib 2022-01-24 10:35:07 Azad edilmiş ərazilərə reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq 2022-01-24 09:30:21 Zəngəzur dəhlizi vasitəsilə iqtisadi və strateji üstünlük reallaşacaq - Türkiyəli ekspert 2022-01-24 09:15:57 Fransada müəyyən siyasi dairələr heç bir halda postmüharibə dövrünün reallıqlarını qəbul etmək istəmirlər 2022-01-24 08:10:13 Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib 2022-01-23 18:20:58 Ərdoğan Türkiyədə 3+3 formatında görüşü planlaşdırdığını açıqlayıb 2022-01-23 17:05:09 “Azıx mağarası” adlı videoçarx hazırlanıb 2022-01-22 10:30:27 Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir 2022-01-22 10:10:54 Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişir 2022-01-22 09:50:46 QHT Agentliyi 2021-ci ilin hesabatını dövlət başçısına təqdim edəcək 2022-01-21 21:30:56 Silahlı Qüvvələrlə bağlı qanunvericilik dəyişdirilir 2022-01-21 21:40:04 Azərbaycan yeni strateji inkişaf mərhələsinə qədəm qoyub 2022-01-21 11:10:41 Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır? 2022-01-21 10:35:51 Vaşinqtonda 20 Yanvar faciəsi anılıb 2022-01-21 09:55:32 Əcnəbi media 20 Yanvar faciəsi barədə yazıb 2022-01-21 09:15:54 Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib 2022-01-21 09:05:32 ABŞ səfirliyi 20 yanvar faciəsi ilə bağlı paylaşım edib 2022-01-20 14:20:58 Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev 2022-01-20 09:45:11 Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər 2022-01-20 09:30:04 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib 2022-01-20 09:15:25 Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib 2022-01-20 08:00:25