2021-07-18 06:30:50 | MÜSAHİBƏ
Mənsur Bərxudarov: “Əks təqdirdə heç bir iqtisadi potensialı olmayan Ermənistan tamam çökəcək”

Fact-info.az-ın suallarını Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov cavablandırır:

-Mənsur müəllim, söhbətimizə transregional layihələrin gerçəkləşməsinə Azərbaycanın verdiyi töhfələrdən, bu qlobal iqtisadi layihələrin regionumuza verəcəyi faydalardan danışmaq istərdim. Bu barədə sizin fikirləriniz bizim üçün maraqlıdır.

-Dünyada və regionda gedən prosesləri izləyəndə belə bir qənaətə gəlmək olar ki, bu qəbildən olan layihələrin uğurla reallaşdırılmasının kifayət qədər sosial-iqtisadi perspektivləri var. Heç şübhəsiz ki, Azərbaycan ərazisindən keçən və Avropa ilə Asiya arasında uzanan nəqliyyat dəhlizinin aktuallığı gündən-günə artır və onların təsir coğrafiyası getdikcə genişlənir. Bu qlobal layihələrin reallaşdırılması regionda yerləşən bütün ölkələrin həmin layihələrə qoşulma imkanlarını xeyli artırır. Sözügedən amillərin müsbət təsir gücü Azərbaycan üçün çox önəmlidir. Çünki, ölkəımiz tranzit ölkə olaraq bu layihələrdən xeyli fayda götürəcək. Digər tərəfdən isə dünya iqtisadiyyatının ağırlıq mərkəzinin Avrasiyaya köç etdiyi bir şəraitdə Şərqlə Qərb arasında iqtisadi əməkdaşlığın rolu artır. Çinin “Bir kəmər, bir yol” qlobal təşəbbüsünün reallaşdırılması Azərbaycanın regional və dünya iqtisadiyyatında rolunu artırır. Çinin iqtisadiyyatı pandemiyaya baxmayaraq sürətlə irəliləyir. Çinin və digər dövlətlərin maraq dairəsindədir ki, Azərbaycan ərazisində keçən tranzit layihələr uğurla gerçəkləşsin. Belə bir dövrdə ölkəmiz hər zaman olduğu kimi öz milli maraqları çərçivəsində həmin çağırışlara adekvat cavab verir və belə layihələrin reallaşdırılmasına öz töhfəsini verir.

-Bu iqtisadi əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitliyə nə dərəcədə töhfə verə bilər?

-Regionda sülhü mökəmlətmək, dünyada və bölgədə gedən geosiyasi prosesləri nəzərə alaraq Ermənistanla əməkdaşlığı kənara atmaq olmaz.Sülhü qoruyub möhkəmlətmək üçün hazırda ən optimal vasitələrdən biri çoxtərəfli iqtisadi layihələrin sürətlə icra olunmasıdır. Bu kontekstdə Avropa ölkələrinin iqtisadi əməkdaşlığını uğurlu nümunə kimi göstərə bilərik. Bu gün Avropa ittifaqı ölkələri arasında iqtisadi əməkdaşlıq elə səviyyədə qurulub ki, artıq həmin məkanda dövlətlərarası sərhədlər rəmzi xarakter daşıyır. Odur ki, Azərbaycan regionda yerləşən ölkələrin hamısı ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə və genişləndirməyə maraqlıdır. Azərbaycanın milli-iqtisadi maraqları baxımından regionda yerləşən ölkələrlə əməkdaşlığın genişləndirilməsi prosesində bu işə əngəl törədən yeganə amil Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir. Əslində Ermənistanın milli-iqtisadi maraqları da regionda yerləşən ölkələrlə, o cümlədən də Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsini tələb edir. Bu səbəbdən Ermənistanda Azərbaycanın tutduğu konstruktiv mövqeni dəstəkləyən qüvvəərin gücü getdikcə artır. Bu isə onu deməyə əsas verir ki, regionda çoxtərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi transregional iqtisadi və infrastruktur layihələrin reallaşdırılması Azərbaycanın strateji hədəflərə çatması üçün əlverişli şəraitin yaranmasını zəruri edir.Dediklərimiz əsasında qeyd etmək olar ki, Ermənistanın Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq etməsi həmin ölkənin yeganə çıxış yoludur. Əks təqdirdə heç bir iqtisadi potensialı olmayan Ermənistan tamam çökəcək.

- Azərbaycan Prezidentinin sərəncamı ilə iqtisadi rayonlar yaradılır. Belə layihələr regional iqtisadiyyata necə təkan verə bilər?

-Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman zamanın çağrışlarına adekvat addımdır. Postmüharibə dövründə iqtisadi proseslərin daha səmərəli şəkildə tənzimlənməsi ilə bağlı zəruri addımların atılması gözlənilirdi.Tarixi zəfərimizdən sonra iqtisadi layihələr həm regionlararası, həm də dövlətlərarası iqtisadi inteqrasiyanın dərinləşməsini və genişlənməsini şərtləndirir. İqtisadi rayonların yeni bölgüsünün müəyyən edilməsi hər bir rayona xüsusi yanaşmanın olduğunu, həmin bölgənin potensialının düzgün dəyərləndirildiyini ortalığa çıxarır. Bütün bu amillər regional iqtisadiyyatın yaranmasına təkan verəcək. Layihələrin səmərəli həyata keçirilməsi bu insanların paytaxta iş üçün gəlmək problemini aradan qaldıracaq. Bu proses iş yerlərinin çoxalmasına, sahibkarlıq subyektlərinin inkişafına təkan verəcək. Biz tezliklə bərpa ediləcək, iqtisadi inkşafı nəzərdə tutulan rayonlara qayıdışın üçün bir təməl qoyulduğuna şahidlik edirik. Yeri gəlmişkən onu da qeyd edək ki, Xankəndinin həmin sənədə müvafiq olaraq Qarabağ iqtidadi rayonunun daxilində qeyd edilməsi onun gələcək inkşafı və çiçəklənməsi baxımından çox əhəmiyyətlidir. Ümumiyyətlə, müharibədən sonra aparılan quruculuq işlərinə nəzər salsaq, bir daha əminliklə deyə bilərik ki, Azərbaycanın Qarabağ bölgəsi inkşaf edəcək iqtisadi rayonlarımızdan biri olacaq. İqtisadi prosesləri təhlil edəndə bu qənaətə gəlmək olar ki, Azərbaycanda müəyyən edilən iqtisadi kurs çox döğrudur və düşünülmüş şəkildə reallaşdırılır. Düşünürəm ki, biz həmin istiqamətdə işlərimizi davam etdirəcəyik.

-Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Bu itkiləri aradan qaldırmaq üçün nə qədər zaman lazım olacaq?

-Elə sahələr vardır ki, pandemiya onlara təsir etməyib, əksinə, həmin sahələrdə inkişaf müşahidə olunmuşdur. Dünyada informasiya texnologiyalarının sektorunun sürətlə inkişaf etməsi və bu əsasda rəqəmsal cəmiyyətin formalaşması şəraitində səhiyyə, nəqliyyat, qida məhsulları və bu kimi bir sıra sahələrin inkişafına qlobal karonavirus pandemiyası müsbət təsir göstərir. Ancaq elə iqtisadi sahələr də vardır ki, orada dərin böhran bu gün də hökm sürür. Bu sahələrə misal olaraq turizm, idman iqtisadiyyatı, restoran biznesi sahələrini qeyd etmək olar. Təbii ki, koronavirus pandemiyasının vətəndaşlarımızın sağlamlığına təsirini minimumlaşdırmaq üçün tətbiq edilən sosial təcrid tədbirləri, eyni zamanda, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Praktiki olaraq, qlobal pandemiya digər ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da öz mənfi təsirini göstərə bilmişdir. Qlobal koronavirus pandemiyası şəraitində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi tədbirlər nəticəsində ölkədə iqtisadi aktivliyin bərpası müşahidə olunur və biz əminliklə deyə bilərik ki, bu müsbət trend gələcəkdə də davamlı olacaq.

Fact-info.az

Baxış sayı : 1180
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00