2021-07-16 07:25:31 | İQTİSADİYYAT
30 il ermənilərin nəzarətində olan torpaqlarda ilk dəfə əkin işləri aparılıb

Fact-info.az Report-a istinadən xəbər verir ki, erməni silahlı terrorçuları Ağdamın işğal etdiyi ərazilərindəki yüksəkliklərdən Tərtərin sözügedən kəndlərinin əkin sahələrini 30 ilə yaxın öz nəzarətləri altında saxlayıblar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıq olan hər iki kəndin sakinlərinin tək gəlir mənbəyi də bu sahələr olub.

Lakin yerli əhali erməni silahlı terrorçularının nəzarəti altında olan bu sahələrdə mövsümi əkin işlərinə hazırlıq edən vaxtlarda ermənilərin atəş hədəfinə çevriliblər. Ermənilər mülki əhalini müxtəlif çaplı silahlardan atəşə tutaraq qorxuya salmaq və yaşadıqları kəndləri ərk etmək istəklərinə nail ola bilməyiblər. Sakinlər erməni terrorçularının atəşi altında min bir əzab-əziyytələr və çətinliklərlə yaşasalar da öz doğma ata-baba yurdlarını tərk etməyiblər.

Erməni terrorçuları hətta sakinlərin suvarma və içməli suyun qarşını alıb, mal-qaranın örüş və otlaq sahələrinə də girişi məhdudlaşdırmışdılar.

İndi isə bu çətinliklər geridə qaldı. 44 günlük Qarabağ müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri erməni silahlı terrorçularını məhv edərək əsas yüksəklikləri ələ keçirdilər.

Sonradan məlum oldu ki, 30 il ərzində ermənilər münbit əkinə yaralı torpağı olan bu sahələrdə ermənilər yalnız piyada və ağır texnika əleyhinə minalar basdırıblar. Ərazi partlamamış silah-sursatdan və minalardan təmizləndikdən sonra kənd sakinlərinin və fermerlərin istifadəsinə verildi. Artıq yerli əhali bu sahələrdə əkin işləri aparır. Bu il isə kənd sakinləri bol məhsul əldə edəcəklərini planlaşdırıblar. Bu isə əhalinin gəlirlərinin artmasına və rifah halının yaxşılaşmasına səbəb olacaq.

Qeyd edək ki, bu ərazilərdə əsasən taxıl, pambıq və tərəvəz bitkiləri əklilir.

Baxış sayı : 168
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00