CƏMİYYƏT
A- A A+

İki tarixi kitabımız ispan dilində çap olunub

2016-02-12 09:20:25

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı və AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ispan dilində çap olunub

Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun verdiyi xəbərə görə, kitablar Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin təşəbbüsü ilə tərcümə və nəşr edilib. Kitabların Latın Amerikası ölkələrində yayılması nəzərdə tutulub.

“El kanato de Iravan: La ocupacion de Rusia y la reubicacion de los armenios hacia las tierras al norte de Azerbaiyan” adlı kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Y. Mahmudov, “HISTORIA REAL y la confabulacionsobre la “Gran Armenia”” adlı kitabın isə elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyevdir.

“İrəvan xanlığı” kitabında İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik sistemi, mədəniyyəti, xarici siyasəti, Rusiya imperiyasının işğalçılıq planları, İrəvan xanlığının Rusiya imperiyası tərəfindən ələ keçirilməsi, işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi surətdə köçürülmələri, İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsi, müasir vandalizm, tarixi adlara qarşı soyqırımı və digər bölmələr vardır.

“Real tarix” kitabında isə ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxmışlar. Kitabda uydurma "Erməni yaylası" ("Armyanskoye naqorye") coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər.

Qeyd edək ki, “İrəvan xanlığı” kitabı bundan əvvəl ingilis, rus, rumın və italyan dillərində, “Real tarix” kitabı isə ingilis və rus dillərində çap olunub.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 869

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...