2021-07-12 09:00:32 | CƏMİYYƏT
Yeni gərginlik ocağı

Orta Şərqdə münaqişə ocaqlarında gedən prosesləri narahatlıqla izləyirik. Münaqişənin biri həll olunmamış, bəzi məkrli qüvvələrin ssenarisinə uyğun olaraq digər biri alovlanmağa başlayır.

Heç şübhəsiz ki, həmin dairələrə məxsus beyin mərkəzlərinin, gözə görünən və görünməyən qüvvələrin layihəsi olan belə münaqişələr məqsədli şəkildə uzadılır. Görəsən, islam dininə qarşı yönələn belə prosesləri niyə dayandırmaq mümkün olmur?

Əfqanıstan yeni gərginlik ocağına çevrilməkdədir. Geopolitik maraqlara, regionun sərvətlərinin yenidən bölüşdürülməsinə xidmət edən Əfqanıstan problemi hazırda qabarmağa başlayıb. ABŞ qoşunlarının Əfqanıstanı mərhələli şəkildə tərk etməsi bu ölkədə Taliban rejimini gücləndirir. Prezident Co Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarmasının arxasında kifayət qədər ciddi mətləblərin olduğu şübhəsizdir. Bütün hallarda Amerika bu regionu uduzmuş şəkildə tərk edir.

İslama nə qədər dəxli olub olmadığını demək çətin olsa da, Taliban rejimi şəriət qanunlarına uyğun idarəetmə sistemi tətbiq etməkdədir. İslam sivilizasiyasından tamam uzaq olan, bu, idarəetmə mexanizmi əfqan xalqına sabitlik, rifah gətirəcəyi inandırıcı deyil.

Bir anlıq nəzər salaq Əfqanıstanda hərbi münaqişlər necə yarandı. Hətta o dövrdə, yəni ötən əsrin 80-ci illərinə qədər həmin regionu tədqiq edən, ora gedib-gələn, tərcüməçi kimi çalışan azərbaycanlılar da bu fikirləri təsdiqləyirlər ki, vaxtılə Əfqanıstanda şahlıq dövründə indikindən fərqli olaraq normal həyat tərzi olub.

Təbi ki, o zaman həmin ölkənin əhalisi belə demək mümkündürsə zamanın tələblərinə, ölkənin iqtisadi potensialına uyğun yaşayırdı. Sovet İttifaqı ilə ABŞ-ın hərbi poliqonuna çevrilən kimi Əfqanıstan çokməyə başladı. Əfqanıstana ixrac olunan azadlıq, əgər buna azadlıq demək mümkündürsə, görün, ölkəni hara gətirib çıxarıb.

Həm Rusiya, həm də ABŞ regiona sonu görünməyən fəlakət gətirdi. Təəssüf ki, davam edən proseslər onu deməyə əsas verir ki, Əfqanıstanı münaqişəsiz heç zaman görməyəcəyik.

Bütün bu prosesləri izlədikcə, bu qənaətə gəlmək olar ki, regional konfliktlərin həllinə mane olan faktorlar münaqişə tərəflərinin maraqlarından daha çox separatizmə dəstək verən, bu prosesləri idarə edən, dünyaya yalnız iqtisadi maraqları çərçivəsində yanaşan böyük qüvvələrin strateji hədəfləridir. Bu çox təhlükəli tendensiyadır.

Bəs, Orta Şərqdə bu tipli münaqişələrdən qurtulmaq üçün nəyi etmək məqbul olar? İlk öncə islam silizasiyasına ehtiyac var. Əslində islam həmrəylinin zəif olması, bir çox hallarda Orta Şərqdə arzuolunmayan proseslərə rəvac verir. Şübhəsiz ki, münaqişənin dərinləşməsində, islam dininin gözdən salınmasında maraqlı qüvvələrin layihəsini ifşa etmək üçün islam dövlətləri və xalqları arasında səmimi həmrəyliyə ehtiyac var.

Ən əsası odur ki, islami dəyərlərin yayılmasına xidmət edən, islamın mahiyyəti ilə vəhdət təşkil edən həmrəylik toplumların, fərdlərin, müxtəlif məzhəb sabiblərinin öz potensialını, enerjisini dövlətin, cəmiyyətin dağılmasına deyil, onun inkişafına sərf etməsi məqbuldur. Politologiyada göstərilən metodologiyalar, Qərbin əlində bayraq etdiyi beynəlxalq hüquq nağılı təəssüf ki, kağız, üzərində, kitablarda qalır. Belə layihələri cızan dairələrdən mərhəmət gözləmək sadəlövlükdür. Şübhə yoxdur ki, bundan sonra da meydana paradoksal geosiyasi situasiyalar çıxacaq. Bu da münaqişələrin həllinə əngəl olacağı fikrini bir daha təsdiqləyir.

Lakin qardaş Türkiyənin bu proseslərə qoşulması, Əfqanıstana daxil olması pozitiv məqamdır. Çünki Türkiyənin Liviyada, Suriyada, həmçinin Qarabağda münaqişələrin ədalətli çözülməsində çox müsbət və davamlı təcrübəsi var. Bu o anlama gəlməməlidir ki, Türkiyə gedib Əfqanıstanda Taliban hərəkakına qarşı vuruşacaq. Xeyr, bu yanlış bir addım olar. Ancaq Türkiyə müsəlman dövləti olaraq, regionda və dünyadakı nüfüzu, ən əsası Prezident Ərdoğanın xarizmatik liderliyi əfqan münaqişəsinin həllinə, barış missiyasına öz töhfəsini verəcək.

Türkiyənin gücü, islami dəyərlərə sadiqliyi, ən əsası siyasətə əxlaqi dəyərlər gətirməsi Orta Şərqdə münaqişələrin həllində müsbət tendensiyadır. Heç şübhəsiz bu faktor Əfqanıstanda sabitliyə töhfə verə bilər. Çünki sabitlik olmayan yerdə iqtisadi inkişafdan, əhalinin rifahından danışmaq əbəsdir. Rusiya və ABŞ-dan fərqli olaraq Türkiyənin bu regiona gəlişi tərəflər arasında barışa təkan verə bilər.

Əkrəm Bəydəmirli

Baxış sayı : 615
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00