2021-07-09 21:35:34 | CƏMİYYƏT
İdarəetmənin yeni modeli

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman zamanın çağrışlarına adekvat addımdır. Postmüharibə dövründə iqtisadi proseslərin daha effektli şəkildə tənzimlənməsi ilə bağlı zəruri addımların atılması gözlənilirdi. Bunu "Xalq Cəbhəsi"nə Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib.

O, qeyd edib ki, tarixi zəfərimizdən sonra iqtisadi layihələr yalnız regionda əhalinin rifahının yaxşılaşdırılmasına hesablanmayıb. Hazırki məqamda bu, həm regionlararası, həm də dövlətlərarası iqtisadi inteqrasiyanın dərinləşməsini özündə ehtiva edir:

"Bu layihələr iqtisadi idarəetmənin yeni modelini gündəmə gətirib. İqtisadi rayonların yeni bölgüsünün müəyyən edilməsi hər bir rayona xüsusi yanaşmanın olduğunu, həmin bölgənin potensialının düzgün dəyərləndirildiyini ortalığa çıxarır. Bütün bu amillər regional iqtisadiyyatın yaranmasına təkan verəcək gücdədir. Heç şübhəsiz ki, vaxtılə bölgələri müxtəlif səbəblərdən tərk edən və yaxud erməni təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan insanların ən böyük arzusudur bu gün öz kəndində, elində iş yerləri olsun. Belə layihələrin səmərəli və şəffaf həyata keçirilməsi bu insanların paytaxta çörək arxasınca, iş üçün gəlmək problemini həll etmiş olacaq".

Belə layihələrin effektli nəticələr verməsi üçün məmur fəaliyyətinin şəffaf olması və ictimai nəzarətin gücləndirilməsi son dərəcə zəruridir. Çünki məmur şəffaflığı, dürüstlüyü olmasa, ictimai nəzarət yetərincə təmin edilməsə işin effektli nəticələrindən danışmaq mümkün olmur.

Cavid

Baxış sayı : 212
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00