TƏDQİQATLAR
A- A A+

İşğal nəticəsində Azərbaycanın ətraf mühitinə 265 milyard dollar ziyan dəyib

2016-02-11 09:45:28

Hesabat

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu” tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin materialları əsasında hesabat xarakterli kitab nəşr olunub. Kitabda ölkəmizin 22 il ərzində erməni işğalında qalan torpaqlarında itirdikləri və üzləşdiyi zərərin məbləği açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq standartlara uyğun metodoloji əsaslara istinadən ərsəyə gələn hesabatın hazırlanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, İşçi Qrupun üzvləri ilə birgə qiymətləndirmə və konsaltinq üzrə ekspertlər də iştirak edib. Hesabatda bilavasitə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “İşğalda olan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən Operativ Mərkəzi”nin bir neçə il ərzində topladığı araşdırma materiallarından istifadə olunub.

ETSN ilə İşçi Qrupun 2014-cü ilin əvvəlindən başladığı birgə fəaliyyətin nəticəsi olaraq hazırlanan kitab, ermənilərin işğal etdiyi ərazilərimizdə canlı təbiətə və bütövlükdə bəşəriyyətə qarşı törətdiyi ekoloji cinayətlərin arqumentli ifadəsi, həmçinin ölkəmizə dəyən maddi-mənəvi ziyanın dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara çatdırmaq üçün faktoloji sübutudur.

Hesabatda ətraf mü¬hit, təbii sərvətlər, onların qiymətləndirilməsi üsulları, beynəlxalq hüquqda vu¬rul¬muş zərərlərin ödənilməsinin hüquqi şərtləri, zərər və itkilərin iqtisadi qiymətləndirilməsinin metodoloji əsasları haqqında aparılan araşdırmalar dəyən zərərin obyektiv, elmi əsaslarla qiymətləndirilməsinə dəlalət edir. Yəni 6 əsas sahə-faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su və su anbarları, ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər qiymətləndirilib, 22 illik işğal dövrünü əhatə edib və ümumilikdə Azərbaycana dəyən ziyan 265 milyard 281 milyon 198 min 203 dollar civarında hesablanıb.

Qeyd edək ki, “Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrup” Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli sərəncamı ilə yaradılıb.

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 744

QHT və MEDİA

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...