2021-06-30 11:40:13 | MÜSAHİBƏ
Rafiq Quliyev: “Bu tarixi Bəyannamə regionda sabitliyə təkan verəcək”

Fact-info.az saytının bugünkü qonağı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Elmi -Metodiki və İxtisasartırma Mərkəzinin bölmə müdiri Rafiq Quliyevdir

O, tarixi Şuşa Bəyannaməsi və digər məqamlardan danışıb.

-Azərbaycanlı kimi, qarabağlı kimi torpaqlarımızın işğaldan azad olunması, tarixi qələbəmiz məni hədsiz sevindirsə də, lakin yurd yerlərimizi, şəhərləri, kəndləri elə vəziyyətdə görəndə kədərlənirəm. Erməni vəhşiliyinə hiddətlənirəm, Dünyanın ən vəhşi tayfası olan ermənilər görün bizim yaşayış yerlərimizi hansı vəziyyətə salıblar. Lakin bütün bunlar bizi ruhdan sala bilməz. Biz Qarabağın cənnət diyarına, tamamilə abad məkana çevriləcəyinə tamamailə əminik. Bu yaxınıarda imzalanmış bir çox sənədlər o cümlədən Şuşa Bəyannnaməsi bizim inamımızı daha da artırıb. Qeyd edək ki, 2021-ci il iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında tarixi bir sənəd - Şuşa Bəyannaməsi imzalandı.

Qardaş ölkələrin həyatının bütün sahələrini əhatə edən bu sənədin hər iki dövlətin bu günü və gələcəyi üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Hələ neçə müddət bu barədə yazılacaq, deyiləcək və bütün incəliklərinə qədər təhlil olunacaq. Çünki bu Bəyannamə iki qardaş xalqın yenilməz iradəsinin ifadəsi, dostları sevindirən, düşmənləri ciddi narahat edən qətiyyətinin təntənəsidir. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sənədə əsasən, Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək bir-birinə qarşılıqlı dəstək verirlər.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Rafiq Quliyev daha sonra erməninin başını əzən dəmir yumruq məsələsinə toxunub. Dəmir yumruq Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub. Çox sevindirici haldır ki, Azərbaycanda "Dəmir yumruq" abidəsi qoyulub. Abidə Xocavənd rayonunun Hadrut qəsəbəsində ucaldılıb. Zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.

Rafiq Quliyev daha sonra Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən müxtəlif səpkili yaradıcılıq işlərindən danışıb. O qeyd edib ki, çalışmışam ki, vətənpərvərlik ovqatı yaradıcılığımda əks olunsun. Mənim yardıcılığımda Azərbaycanımıza, onun gələcəyinin möhkəm təməlini qoyan, müstəqilliyimizin əbədiliyini təmin edən Ulu Öndər Heydər Əliyevə məhəbbət hissi çox böyükdür. Məhz o böyük şəxsiyyətin qayğısı nəticəsində mən təhsilimi başa vurduqdan sonra mədəniyyət sahəsində çalışdım, xeyli uğurlara nail oldum. Bu gündə biz Prezidentimiz İlham Əliyevin sənətimizə qayğısını hər zaman hiss edirik. Bu da bizim yaradıcılıq uğurlarımıza təkan verib. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır

Fact-info.az

Baxış sayı : 848
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00