CƏMİYYƏT
A- A A+

Britaniyalı jurnalist azərbaycanlı qaçqınlardan yazıb

2016-02-10 09:40:11

Britaniyalı fotojurnalist Edvard Kravford şəxsi bloqunda Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən məqalə yerləşdirib

Bu məqsədlə ölkəmizə səfər edən jurnalist işğalçı Ermənistan tərəfindən yurd-yuvalarından didərgin salınmış həmvətənlərimizin yaşayışı ilə tanış olub. Bakıda qaçqınların və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərə baş çəkən E.Kravford həmvətənlərimizin ermənilər tərəfindən necə vəhşiliklə doğma yurd-yuvalarından didərgin salındıqlarını, ermənilərin 25 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlamalarını hadisə qurbanlarının öz dilindən eşidib.
Jurnalist Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi ilə də söhbət edərək, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumat əldə etdiyini diqqətə çatdırır.
E.Kravford məqalədə Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevlə müsahibəsindən bəzi fikirlərə yer verib. A.Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsi, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin canlı şahidi olması barədə danışıb, bu faktların dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının önəmini vurğulayıb.
Məqalədə azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı fotolar da əksini tapıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 906

QHT və MEDİA

2019-06-17 09:45:02

QHT və MEDİA
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir q...

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

CƏMİYYƏT

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...