2021-06-21 08:20:08 | AKTUAL
Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub

Şərqşünas, jurnalist Həşim Məmmədovun “Azərbaycanın tarixi nailiyyəti olan Zəngəzur dəhlizi” sərlövhəli məqaləsi Misir, Livan, İordaniya, Suriya, Əlcəzair, Küveyt və İraqın 40-a yaxın KİV-lərində dərc olunub.

Zəngəzur dəhlizinin geosiyasi və geoiqtisadi əhəmiyyətindən bəhs edən məqalədə qeyd edilib ki, ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanat kommunikasiyaların açılması, regional əməkdaşlığın inkişafı baxımından geniş imkanlar yaradır.

Müəllif yazır: “Bu dəhlizin açılması regionda yeni geosiyasi və geoiqtisadi reallıq yaradacaq. Azərbaycan bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Ermənistan tərəfindən isə həmişə olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirir. Belə ki, bu il yanvarın 11-də Moskvada keçirilən görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderləri üç ölkənin baş nazir müavinləri səviyyəsində Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyət göstərəcək işçi qrupunun yaradılması barədə razılığa gəlmişdi. Bunun ardından, iyunun 1-də Ermənistan tərəfi regional rabitənin blokdan çıxarılması üzrə üçtərəfli komissiyada fəaliyyətini dayandırdığını bəyan etdi”.

Yazıda Azərbaycanın hər zaman sülhün, əmin-amanlığın tərəfdarı olduğu vurğulanır: “Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühiti formalaşacaq. Zəngəzur dəhlizi yeni regional iqtisadi inkişaf mərhələsinin vacib şərtidir. Lakin Ermənistan ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bəndlərini yerinə yetirməkdən boyun qaçırır, eyni zamanda, regionda iqtisadi maraqlar naminə görüləsi işləri siyasiləşdirir. Son vaxtlar bu ölkənin sərhəddə yaratdığı gərginlik də məhz buna hesablanıb. Əslində, bununla Ermənistan düşdüyü acınacaqlı durumu daha da ağırlaşdırır”.

Məqalədə diqqətə çatdırılır ki, Zəngəzur dəhlizinin açılması nəinki regionda, həm də İslam və türk dünyasında geosiyasi vəziyyəti dəyişəcək. Müəllif sonda yazır: “Bu, eyni zamanda, türk dünyası ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizi Azərbaycanın, o cümlədən region ölkələrinin maraqlarına tam cavab verir. Ermənistan isə bu gerçəkliyi qəbul etmək istəmir. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan regionda söz sahibi olduğunu bir daha təsdiq edəcək”.(Azərtac)

Baxış sayı : 181
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00