CƏMİYYƏT
A- A A+

Tanınmış çilili jurnalist “Xocalı adlı Azərbaycan şəhərinin dəhşətli tarixi” başlıqlı məqalə yazıb

2016-02-09 11:05:53

Çilidə televiziya və radio jurnalisti kimi tanınan, Santyaqonun “Andres Bello” Universitetinin professoru Markos Borkoski Paezin Çilinin “Cambio 21” xəbərlər portalında “Xocalı adlı Azərbaycan şəhərinin dəhşətli tarixi” başlıqlı yazısı dərc edilib

Yazı Azərbaycanın Çilidəki diplomatik missiyasının müvəqqəti işlər vəkili Orxan Hacıyevin Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan “613” adlı məqaləsi əsasında hazırlanıb.

Məqalədə M.Borkoski O.Hacıyevlə tanış olması və onunla söhbəti əsnasında Xocalı soyqırımı barədə eşitdiyi dəhşətli faciənin təfərrüatından bəhs edir. Jurnalist, diplomatın sözlərinə istinadən, Xocalı soyqırımını XX əsrin ən qəddar faciələrindən biri adlandırıb, bu tarixin Azərbaycanda hər il qeyd olunduğunu söyləyib. Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Xocalıda azərbaycanlılara qarşı etnik təmizlənmə aparıb. Soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, həmçinin 106 qadın, 83 uşaq qətlə yetirilib. Vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.(Azərtac)

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1194

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...