2021-06-19 07:30:24 | SİYASƏT
Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq, hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur”.

Fact-info.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycan bütün insan hüquqları və əsas azadlıqlarının universallıq, qarşılıqlı bağlılıq və bölünməzlik prinsiplərinə sadiqdir:

“1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquqları və əsas azadlıqların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

Bildiyiniz kimi, ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, Azərbaycan onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müqavilə-əsaslı qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur”.

XİN rəsmisi qeyd edib ki, insan hüquqlarının və əsas azadlıqların qorunması və təşviq edilməsi Azərbaycan Hökumətinin gündəmindədir:

“Hazırda ölkəmiz ərazilərinin 30 ilə yaxın davam edən işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdış hüququnun, bu şəxslərin sosial, iqtisadi, mədəni hüquqlarının, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin peşə fəaliyyətlərini maneəsiz yerinə yetirə bilmələri ilə bağlı söz azadlıqlarının təmin olunması kimi çağırışlarla üzləşir. Bu xüsusda, tərəfimizdən bir daha beynəlxalq insan hüquqları təşkilatlarını bölgədə yaxşı qonşuluq münasibətlərinin bərpasına yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın həyata keçirilməsini dəstəkləməyə, insan hüquqları və əsas azadlıqlarına seçkili münasibət sərgiləməkdən yayınmağa çağırırıq”.

Baxış sayı : 237
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00