2021-06-18 08:55:15 | SİYASƏT
Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir

Şuşa Bəyannaməsi Robert Köçəryanın Rusiya mediasına Şuşa və Hadrut haqqında təxribatçı müsahibəsindən sonra aktualdır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Şuşa Bəyannaməsinin imzalanması həyati əhəmiyyət kəsb edir.

İlk növbədə, unutmayaq ki, Türkiyə NATO-nun ən etibarlı və güclü üzvüdür. Qara dəniz, Aralıq dənizi və Mərmərə dənizinə çıxışı olan Türkiyə, həmçinin Montrö Konvensiyasına əsasən Bosfor və Dardanel boğazlarına nəzarət edir. Dünya dövlətlərinin ordu reytinqinə baxsaq, NATO-da ABŞ-dan sonra ikinci ən güclü ordu məhz Türkiyədədir. Türkiyə Respublikası İslam dünyasında Pakistandan sonra ikinci, türk dövlətləri arasında isə ən güclü silahlı qüvvələrə malik dövlətdir.

Fact-info.az-ın məlumatəna görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.

Şuşa Bəyannaməsinə məkan obyektivindən münasibət bildirən siyasi ekspert deyib: “Nəzərə alaq ki, Türkiyə Prezidenti Azərbaycanın 44 günlük müharibə zamanı azad etdiyi, mədəni və strateji baxımdan vacib əhəmiyyət kəsb edən Şuşa şəhərinə səfər edib. Prezident Ərdoğanın Şuşaya gəlişi və gələcəkdə burada Türkiyənin baş konsulluğunun açılması Dağlıq Qarabağın statusu haqqında spekulyasiyalar üzərindən daha bir xətt çəkir. Şuşa Bəyannaməsində hərbi-strateji məsələlər, qarşılıqlı müdafiə öhdəlikləri, o cümlədən konsulluğun açılması Azərbaycanı, o cümlədən Şuşanı Ermənistan və kənar qüvvələrin mümkün təcavüzündən qorumaq məqsədi daşıyır. Çünki konsulluq və ya səfirlik aid olduğu ölkələrin əraziləri hesab olunur. Konsulluğu olan əraziyə qarşı mümkün hərbi təcavüz isə Türkiyəyə qarşı hərbi təcavüzə bərabərdir. O zaman belə qənaətə gələ bilərik ki, Türkiyəyə qarşı təhdid NATO-ya qarşı çıxmağa bərabərdir”.

Görüşün və Şuşa Bəyannaməsinin imzalanmasının vaxtının da olduqca önəmli olduğunu bildirən ekspert deyib ki, burada maraq doğuran digər məqam proseslərin ABŞ Prezidenti Co Bayden ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşdən sonra, həmçinin Bayden-Putin görüşündən əvvəl baş tutumasıdır. Bəyannamənin Co Baydenlə söhbətdən sonra imzalanması dolayı yolla bu prosesə ABŞ-ın diplomatik və siyasi dəstəyinin olması anlamına gəlir. Həmçinin ehtimal etmək olar ki, görüş çərçivəsində ABŞ Cənubi Qafqazda öz maraqlarını Türkiyə vasitəsilə təmin etmək üçün onunla razılığa gəlib.

Baxış sayı : 245
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00