2021-06-18 07:40:22 | QHT VƏ MEDİA
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib

Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyası çərçivəsində iyunun 17-də Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasının tətbiqi ilə bağlı Azərbaycan üzrə monitorinq hesabatının müzakirəsinə dair videokonfrans formatında dinləmə keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Fact-info.az-a bildiriblər ki, tədbirdə iştirak edən Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə yerli və regional demokratiyanın vəziyyəti, eləcə də Avropa Xartiyasının icrası ilə bağlı çıxış edib.

Nazir müavini ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bələdiyyə institutunun inkişafı, bu sahədə qanunvericilik və institusional islahatlar aparılaraq bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, müstəqilliyinin artırılması, yerli özünüidarəetmə fəaliyyətinin müasir tələblərə uyğun, şəffaf qurulması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Həmçinin Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodoloji yardımın göstərilməsi, bələdiyyə üzvlərinin və qulluqçularının tədrisi və maarifləndirilməsi sahəsində görülən işlər vurğulanıb, Konqreslə səmərəli əməkdaşlıq qeyd edilib.

Bildirilib ki, Konqresin tövsiyələrinə uyğun olaraq artıq ənənəyə çevrilmiş “Yerli demokratiya həftə”ləri çərçivəsində bələdiyyələrdə “açıq qapı” günləri, əhali ilə təşkil olunan görüşlər yerli özünüidarə ilə bağlı vətəndaşların maarifləndirməsinə xidmət etməklə “vətəndaş-bələdiyyə” əlaqələrini möhkəmləndirir.

Videokonfransda torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə həmin ərazilərdə bələdiyyə institutunun yaradılmasının qeyri-mümkünlüyü və keçmiş məcburi köçkünlərimizin uzun illərdir yerli özünüidarə hüququndan tamamilə məhrum olduğu xüsusilə diqqətə çatdırılıb, ötən il Ermənistanın hərbi təxribatlarına cavab olaraq aparılmış Vətən müharibəsində ölkəmizin Qələbə qazanaraq işğala son qoyduğu vurğulanıb.

Müharibənin dinc əhalimiz üçün ağır nəticələri barədə Nazirlik tərəfindən Konqresin ətraflı məlumatlandırıldığı bildirilərək hazırda həmvətənlərimizin öz doğma torpaqlarına qayıdışını təmin etmək məqsədilə azad olmuş ərazilərdə nəhəng bərpa və quruculuq işlərinin aparıldığı qeyd olunub.

Lakin Ermənistan tərəfindən soydaşlarımızın təhlükəsiz qayıdışına əngəl törətmək məqsədilə ərazilərimizin minalandığı və bunun mülki əhali arasında yeni qurbanlara səbəb olduğu, müharibədən sonra 140 nəfərdən çox insanın minalara düşdüyü, onlardan 27-nin, o cümlədən bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla 3 nəfərin həlak olduğu diqqətə çatdırılıb.

Yalnız beynəlxalq ictimaiyyətin çağırışlarından sonra Ermənistanın təkcə Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdiyi qeyd olunaraq, insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcburi köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması naminə Konqres üzvləri işğaldan azad edilmiş digər ərazilərdə də Ermənistanın quraşdırdığı mina xəritələrini verməsi ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün səslərini ucaltmağa çağırılıb.

Tədbirdə bu problemin həllindən sonra azad edilmiş ərazilərimizə qayıdacaq vətəndaşlarımızın yerli özünüidarəetmə hüquqlarının təmin edilməsində Konqresin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.

Konqres üzvləri tərəfindən ölkəmizdə yerli özünüidarəetmənin inkişafı istiqamətində həyata keçirilən müsbət tədbirlər qeyd olunub, Azərbaycanla dialoqun və konstruktiv əməkdaşlığın aparılmasına hazır olduqları bildirilib, bələdiyyə institutunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib, suallar cavablandırılıb.

Baxış sayı : 211
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00