2021-06-18 07:35:18 | SİYASƏT
Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın bu ölkənin İctimai Televiziyasına açıqlamaları regionda yaranmış yeni geosiyasi reallıqların tam qəbul edilməsi kimi dəyərləndirilməlidir. O, açıq şəkildə bildirir ki, erməni xalqı Qarabağ xülyasından əl çəkməlidir, əks halda, Ermənistanın mövcudluğu sual altına düşə bilər.

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, bütün dünyanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını bildirən Levon Ter-Petrosyan etiraf edir ki, Azərbaycan 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa etdi və buna görə də beynəlxalq ictimaiyyət Azərbaycanın bu addımlarını qınamadı:

"Sabiq prezident Azərbaycanın sülh və əməkdaşlıq mesajları verdiyini də vurğulayaraq bundan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə razılığa getməkdən başqa seçiminin olmadığını etiraf edir. O, xüsusən, Koçaryanın revanşist bəyanatlarını tamamilə əsassız və absurd hesab edib. Levon onu da etiraf edib ki, Qarabağda yeni bir müharibənin başlaması tamamilə istisnadır, çünki ərazidə sülhə zəmanətçi qismində Rusiya sülhməramlıları dayanıb. Bu, dolayısı ilə bundan sonra formalaşacaq hakimiyyətlərin Rusiyanın iradəsinin ziddinə addım atmayacağı anlamına gəlir.

Beləliklə, Levon Ter-Petrosyanın gəldiyi ümumi qənaət ondan ibarətdir ki, erməni xalqı qəflət yuxusundan ayılmalı və qonşu xalqlara qarşı ərazi iddialarından, düşmənçilik və revanş hissindən birdəfəlik əl çəkməlidir. Türkiyə və Azərbaycan Prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsi də göstərdi ki, zaman Ermənistanın əleyhinə işləyir. Hər keçən gün Azərbaycanın mövqeləri daha da güclənir. İstər hərbi, istərsə də geosiyasi şərtlər Azərbaycanın xeyirinə dəyişib. Artıq Qarabağ adlı münaqişə yoxdur. Dünya birliyi də bu reallığı qəbul edir".

C.Əhmədli bildirib ki, Azərbaycanın yaratdığı reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir: "Ermənistan isə döyüş meydanında tək qalıb. Buna görə də rəsmi İrəvan Azərbaycanın diqtə etdiyi şərtləri qəbul edib yeni vəziyyətə özünü uyğunlaşdırmalı, əks halda, istənilən qeyri-adekvat davranış ən sərt formada cavabını alacaq. Azərbaycan özünün milli təhlükəsizliyini təmin etmək məsələsində heç vaxt zərrə qədər də güzəştə getməyəcək. Üstəlik, artıq Türkiyə də Qarabağın təhlükəsizliyində təminatçı ölkələrdən birinə çevrilib. Beləliklə, Azərbaycana qarşı yeni bir müharibəyə başlamaq intihara bərabər addım hesab oluna bilər.

Yaxşı olardı ki, Ermənistanda digər siyasətçilər də yuxarıda qeyd olunan reallıqları öz xalqına təlqin edərdi. Bu gün erməni cəmiyyətində "azərbaycanlı" kəlməsi təhqir kimi qəbul olunursa, bunun günahı erməni siyasətçilərdir. Onlar öz xalqlarına qonşuları ilə əminamanlıq şəraitində yaşamağın zəruriliyini aşılamalıdırlar. Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik ideologiyası təbliğ etmək isə erməni xalqına yalnız bədbəxtçilik vəd edir".

Baxış sayı : 212
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00