QHT və MEDİA
A- A A+

Rusiya İctimai Palatasında Azərbaycana həsr olunmuş Dəyirmi masa keçirilib

2016-02-09 09:30:28

RF İctimai Palatasında “Rusiya və Azərbaycan iqtisadi böhran dövründə, həll yolları və iki ölkənin iqtisadiyyatında yeni meyillər” mövzusunda Dəyirmi masa keçirilib

İctimai Palatanın ictimai diplomatiyanın inkişafı və xaricdəki həmvətənlərin dəstəklənməsi məsələləri komissiyasının və Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) birgə təşkil etdikləri “dəyirmi masa”nın moderatoru “Rusiya Sülh Fondu” Beynəlxalq İctimai Fondunun birinci vitse-prezidenti Yelena Sutormina olub.

“Dəyirmi masa” iştirakçıları iki ölkə arasında müxtəlif sahələrdə sıx əməkdaşlıqdan söz açıblar. Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun fikrincə, Azərbaycan diaspor təşkilatları iqtisadi, humanitar, sosial sahələrdə, o cümlədən Rusiyanın regionları ilə əməkdaşlığın yoluna qoyulmasında böyük rol oynaya bilərlər. Bununla əlaqədar, ÜAK nəzdində işçi qrupu yaradılıb. Bu qrup Rusiyanın ictimai və siyasi təşkilatları ilə birlikdə mühüm məsələlərin həlli ilə məşğul olacaq. Mart ayında Moskvada komissiyanın birinci iclası keçiriləcək. İclasda Rusiyadakı bütün Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak edəcəklər. Diplomat deyib: “Rusiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə güclü gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilat ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayan Rusiyanın azərbaycanlı gənclərini birləşdirir”.

Rusiya Dövlət Humanitar Universitetinin postsovet xarici ölkələri kafedrasının dosenti Aleksandr Levçenkov bildirib ki, bu ali məktəbin tələbələri arasında Azərbaycan postsovet məkanının ən populyar ölkələrindən biridir. O deyib: “Bundan hər vəchlə istifadə etmək, birgə layihələri, o cümlədən magistr proqramlarını inkişaf etdirmək lazımdır”.

A.Levçenkovun fikrincə, Rusiyanın informasiya məkanında, kitab nəşriyyatı sahəsində, internet resurslarında Rusiya ilə Azərbaycan arasında mədəniyyətlərarası tarixi əlaqələrin rolu və yeri, onların bir-birinə qarşılıqlı təsiri barədə informasiya yetərincə deyil. Alim Azərbaycan mənşəli məşhur rusiyalılar haqqında sorğu kitabçası çap etmək təklifini irəli sürüb.

Rusiya Strateji Araşdırmalar İnstitutunun nümayəndəsi Artur Atayev terrorizmə qarşı mübarizə mövzusuna toxunaraq, Azərbaycan təcrübəsinin öyrənilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirdə iki ölkənin ictimai xadimləri, Azərbaycan diasporunun, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri iştirak ediblər.

“Dəyirmi masa”nın iştirakçıları belə bir məsələdə ortaq məxrəcə gəliblər ki, ekspertlərin irəli sürdüyü təkliflər baxılması üçün hər iki ölkənin dövlət təşkilatı, nazirlik və idarələrinə göndərilməlidir.

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1010

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...