2021-06-11 07:15:10 | CƏMİYYƏT
Özbək politoloqu: Ermənistanın mina terroru beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır

Azərbaycan jurnalistləri - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov, həmçinin Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin öz xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olmaları və bir neçə nəfərin yaralanması xəbəri məni dərindən sarsıtdı.

Bu sözləri tanınmış özbək tarixçisi, politoloq Şuxrat Barlas AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

O bildirib ki, mən şəhid olan jurnalistləri də, AZTV-nin hadisə zamanı yaralanan rejissoru Emin Məmmədovu da şəxsən tanıyıram. Bakıda olanda onlarla dəfələrlə görüşmüşəm.

Sirac Abışov və Emin Məmmədovla Azərbaycanda film çəkmişik. Emin Məmmədov Özbəkistandandır, Kokandda doğulub boya-başa çatıb.

Ş.Barlas deyib: “Kəlbəcərdə öz professional və vətəndaşlıq borcunu yerinə yetirən Azərbaycan jurnalistlərinin mina terroru ilə öldürülıməsi beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının və ümumbəşəri mənəvi normaların kobud şəkildə pozulmasıdır. Şəhid olan jurnalistlərə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına başağlığı verirəm”.

Politoloq bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını azad etməsini ermənilər həzm edə bilmir, buna görə də zaman-zaman müxtəliif təxribatlara əl atırlar. Müharibənin qurtarmasından 7 ay keçməsinə baxmayaraq, erməni tərəfi hələ də minalanmış Azərbaycan ərazilərinin xəritəsini təqdim etmir. Nəticədə müharibədən sonra Azərbaycanın 27 vətəndaşı minalardan həlak olub, 100-dən çox adam yaralanıb.

Ermənistanın Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırmasını pisləyir, erməni terrorçularını sülhə və əmin-amanlığa səsləyirik.

Ş.Barlas, həmçinin birinci Qarabağ müharibəsi zamanı da Azərbaycan jurnalistlərinin erməni terrorunun qurbanı olduğunu da xatırladıb. Söhbətinin sonunda Ş.Barlas deyib: “Həqiqətlərin ictimaiyyətə çatdırılması üçün öz həyatlarını qurban verən şəhid jurnalistlər daim qəlbimizdə yaşayacaq”.

Baxış sayı : 283
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19