MÜSAHİBƏ
A- A A+

Azərbaycan politoloqu Qırğızıstanın “Kabar” agentliyinə müsahibə verib

2016-02-06 00:40:35

Azərbaycan Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Ramiz Alıyev Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinə müsahibə verib

Müsahibədə deyilir ki, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı fəaliyyət uğurla inkişaf edir. Azərbaycan və qırğız xalqlarını dil, din və mədəni dəyərlər birləşdirir.

Oxuculara məlumat verilir ki, hazırda Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır. Onlar1930-cu illərdə bu torpaqlara sürgün edilən azərbaycanlıların nəvə-nəticələridir. Soydaşlarımız ölkə iqtisadiyyatının müxtəlif sahələrində uğurla çalışır, ana dilini və milli adət-ənənələrini bu gün də yaşadırlar. Azərbaycanlılar əsasən Bişkek, Talas və Kara-Balta şəhərlərində yaşayırlar. Onların arasında tanınan həkimlər və sahibkarlar az deyil.

Azərbaycanlı politoloq qeyd edir ki, ölkələrimiz arasında diplomatik əlaqələrin təməli 1993-cü il yanvarın 19-da qoyulub, 2007-ci ildə Azərbaycanın Qırğızıstandakı səfirliyi açılıb. Bundan bir il sonra isə Qırğızıstan Azərbaycanda öz səfirliyini yaradıb. İkitərəfli əməkdaşlığın indiki səviyyəyə qalxmasında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin danılmaz xidməti olub. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 52 müqavilə və saziş imzalanıb. Qırğızıstan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və İslam Əməkdaşlıq Təşkilatı, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, TürkPA və digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Prezidentlər İlham Əliyev və Almazbek Atambayevin beynəlxalq tədbirlərdəki görüşləri əməkdaşlığımızın inkişafına yeni təkan verib.

Müsahibədə iki ölkə arasında əlaqələrin inkişafı, Qırğızıstan iqtisadiyyatının indiki vəziyyəti və bir sıra digər məsələlərə də aydınlıq gətirilir.

Qeyd edək ki, müsahibə “Kabar” agentliyi ilə Azərbaycanda fəaliyyət göstərən “Karabakh.Today” Beynəlxalq Analitik İnformasiya Portalının (www.karabakh.today) birgə layihəsi çərçivəsində hazırlanıb. Layihəyə əsasən, oxuculara iki qardaş ölkənin ictimai-siyasi həyatı ilə bağlı dolğun informasiyalar təqdim olunacaq.

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1085

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...