MƏDƏNİ
A- A A+

Professor, tədqiqatçı alim Şirməmməd Hüseynovla Tərcümə Mərkəzində görüş keçirilib

2015-04-09 09:15:42

Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən söz açılıb

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, tədqiqatçı alim Şirməmməd Hüseynov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Bu qurumun direktoru A.Məsud Tərcümə Mərkəzinin yarandığı gündən Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən söz açıb. Bildirib ki, mərkəz Qarabağ həqiqətləri, erməni vəhşilikləri, ermənilər tərəfindən törədilən tarixi qətliamlarla bağlı sənədli məlumat, oçerk və məqalələrin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti, həmçinin, səkkiz dildə yayımlanan rəsmi saytı vasitəsilə ictimailəşdirilməsi istiqamətində mühüm işlər görür. Bununla yanaşı, mərkəzdə Azərbaycanın tarixi əraziləri, etnogenezi, Qarabağın tarixi, erməni qəsbkarlığı ilə bağlı bu vaxtadək işıq üzü görməyən müfəssəl məlumatlı mətn və materialların, tarixi sənədlərin toplanması, kitab, toplu şəklində dünya dillərinə tərcümə olunması prosesinə hazırlıq işləri də gedir. Yəni artıq əlimizdə olan materiallar arxivləşdirilir, tərcümə mərhələsinə çatdırılır.

Direktor, həmçinin bu sahədə indiyədək ölkə ictimaiyyəti, ayrı-ayrı alim və tarixçilər tərəfindən kifayət qədər işlər görülsə də, problemlə bağlı dünya ictimaiyyətindən gözlənilən nəticənin hələ də əldə olunmadığını, bu istiqamətdə daha təsirli və işlək vasitələrin axtarılmasının vacibliyini vurğulayıb.

Professor Ş.Hüseynov ən dəqiq tarixi həqiqətlərin hansı mənbələrdə axtarılması, bu mənbələrlə necə işləmək barədə geniş məlumat verib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1116

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...