2021-05-14 09:30:20 | CƏMİYYƏT
Qarğış Hüseyn Arifi necə tutdu?

Qoca dünyamız bəşəriyyətə bir çox örklər, görklər göstərsə də, insan oğlu bunlara ötəri baxır, olan-olduqdan sonra isə ayılmaq, nəticə çıxarmaq çox gec olur təəssüf ki... Hətta pul, para, zənginlik, mötəbərlik, hörmət-izzət belə baş verəcək faciələri geriyə qaytara bilmir, dünya bağışlamır çünki...

Analoq.az bəlkə də bir çoxlarını ziyanlı, zərərli yoldan geri döndərə biləcək ağrılı həyat hekayəsini olduğu kimi dəyərli oxucularının diqqətinə çatdırır. Bəhsini etdiyimiz olay isə mərhum xalq şairi Hüseyn Arifin yaxın qohumu tərəfindən nəql edilib. O, danışır ki, şair bir gün dostları ilə ova gedib və ov əsnasında qarşısına bir dağ kəli çıxır. Şair silahı qaldırıb ovuna tuşlayır. Bu zaman ana kəlin hürkə-hürkə öz arxasında balasını gizlətdiyini görür. Kəl həmin anda öz balasını bütün gücüylə qorumağa çalışırdı. Lakin şair mərhəmət etməyərək tüfəngini tuşlayır və kəlin balasını öldürüb. Ovlayandan sonra ana kəl şairin və dostlarının arxasınca qaçıb onları yaralamaq, bala öcünü isti-isti alma istəsə də onlar bu hücumdan canlarını güclə qurtara biliblər.

Lakin olanların ən əsası sonrakı günlərə təsadüf edir. Hadisədən bir neçə gün sonra həmin ana kəl hər gecə şairin yuxusuna gəlir, ağlayır, sitəm edirmiş. Və bir də yuxusuna girərkən kəl şairə insan dilində qarğış edir, bildirir ki, bala dağı nə olduğunu gec-tez yaşayacaq!

Bu yuxunun üzərindən az keçməmiş,1976-cı ildə şairin oğlu Arif öz avtomobilində çox ağır qəzaya uğrayır və gənc yaşındaykən dünyasını dəyişir. Şair nə qədər günah iş gördüyünü gec də olsa anlayır, amma bu onun dərdinə dərman olmur.

Qeyd edək ki, oğlunu itirəndən sonra şair özünə Arif təxəllüsü götürür.

Hüseyn Arif həmin hadisədən təsirlənərək "Dağ kəli" şeirində başına gəlmiş hadisəni qələmə alır:

Bir dağ kəli yaraladım zirvədə

Baş titrədi, ayaq əsdi, daş axdı.

Bir canlını candan saldı bir zədə

İki gözdən iki damla yaş axdı.

Düşünmədim, anadır, ya baladır,

Ovçu atar ov bərədən keçəndə

Ala tula qanlı daşı yaladı,

O sönürdü tikanlığın içində.

Qabaqlaşdıq sökülməmiş qızıl dan,

Mən silahlı, o silahsız bu yerdə.

Yarıyolda ayrı düşdü qatardan,

Mən günahlı, o günhasız bu yerdə.

Öz halına təkcə özü ağladı,

Kimi var ki, kim dayana yanında.

Dil uzadıb, nəm torpağı yaladı,

Sumu keçdi xəyalından son anda.

Dodaq yanır, yanaq yanır, üz yanır,

Buludumu, dumanımı əyləsin?

Boylandıqca baxış yanır, göz yanır,

Bu yanğıyla sellər, sular neyləsin?

Ağır-ağır dartıb bükdü dizini,

Muncuqladı kirpiklərdə donan tər.

İndən belə toz basacaq izini,

İndən belə nə yürüş var, nə səfər.

Birdən-birə elə çırpdı özünü,

Sağ buynuzu qopub qaldı qayada.

Ey Hüseyn, müxtəsər et sözünü,

Bu qan səni tutasıydı, tutdu da.

Savalan Talıblı

Analoq.az

Baxış sayı : 260
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19