CƏMİYYƏT
A- A A+

Beynəlxalq forumda Azərbaycanın Cənubi Qafqazdakı rolundan bəhs edilib

2016-02-02 22:15:27

Tbilisidə keçirilən “Gürcüstanın demokratik və iqtisadi inkişaf perspektivləri” adlı beynəlxalq forumda Azərbaycanın regiondakı rolundan bəhs olunub

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili forumda ölkənin iqtisadi siyasətinin prioritetləri, regional əməkdaşlığı barədə məlumat verib.

Sonra forum panel iclaslarda işini davam etdirib.

Panel iclaslarda regional və transsərhəd əməkdaşlıq, enerji və texnoloji, informasiya- kommunikasiya texnologiyaları, logistika layihələri, beynəlxalq daşınmalar barədə fikirlər səsləndirilib. Bildirilib ki, Azərbaycanın və Gürcüstanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri təkcə regionun deyil, Şərq və Qərb dövlətlərinin ümumi inkişafına zəmin yaradır. (AZƏRTAC)

Müzakirələr zamanı Cənubi Qafqazdakı münaqişələrin regional inkişafa yaratdığı problemlərdən də danışılıb. Bildirilib ki, bu münaqişələr həll olunmadan regionda davamlı inkişafa və sabitliyə nail olmaq mümkün deyil. Çıxış edənlər dünya birliyini bu münaqişələrin həllində fəal olmağa çağırıblar.

Gürcüstanın xarici işlər naziri Mixail Canalidze çıxışında Azərbaycanın ölkəsinin strateji tərəfdaşı və əsas enerji təminatçısı olduğunu bildirib.

Forumda və panel iclaslarda Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov, Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin rəhbəri Yanoş Herman, ABŞ, Almaniya, Türkiyə və digər ölkələrin səfirləri iştirak ediblər.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 873

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...