2021-05-03 09:20:55 | İQTİSADİYYAT
İsrail Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır

İsrail Azərbaycanın azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu İsrailin xarici işlər naziri Qabi Aşkenazi İqtisadiyyat naziri Mikayıl Cabbarova onlayn formatda görüş zamanı deyib.

Mikayıl Cabbarov Azərbaycan və İsrail arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-İsrail iqtisadi əməkdaşlığı barədə məlumat verilib, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 90-a yaxın İsrail şirkətinin uğurlu fəaliyyəti qeyd olunub. Bildirilib ki, iqtisadi əlaqələrin inkişafında, yeni təşəbbüslərə əsaslanan layihələrin icrasında Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti önəmlidir.

Əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri Azərbaycanla İsrail arasında azad olunmuş ərazilərin bərpası, enerji, səhiyyə, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə əməkdaşlıq üçün böyük potensial olduğunu diqqətə çatdırıb.

İsrailin xarici işlər naziri Qabi Aşkenazi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, İsrail şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlı olduğunu qeyd edib.

Görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsi, pandemiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq və s. məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclası da keçirilib.

Hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın İsrail ilə dostluq və səmərəli tərəfdaşlıq əlaqələrini qeyd edib, dövlət başçılarının siyasi iradəsinin, ölkələrimizin böyük iqtisadi potensialının əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. İsrailin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən iqtisadiyyat naziri qarşılıqlı ticarət dövriyyəsinin artırılması, strukturunun şaxələndirilməsi barədə fikirlərini bölüşüb, yaxın zamanlarda İsraildə ölkəmizin ticarət və turizm nümayəndəliklərinin açılmasının planlaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verildiyini qeyd edən iqtisadiyyat naziri 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verib, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə “ağıllı texnologiyalar”ın tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına, Böyük Qayıdışa töhfə verəcək.

Azərbaycanın əlverişli biznes və investisiya mühitini vurğulayan iqtisadiyyat naziri İsrail sahibkarlarını ölkəmizdə yaradılmış sənaye zonalarına investisiya yatırmağa, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrdə iştiraka dəvət edib.

Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Qabi Aşkenazi ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişaf etdiyini qeyd edib.

İclasda iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə Hökumətlərarası Komissiyanın üzvləri əməkdaşlığın inkişafı imkanlarına dair fikirlərini bildiriblər.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Qabi Aşkenazi imzalayıblar. Sənəddə enerji, səhiyyə, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, qida təhlükəsizliyi, standartlaşdırma, su təsrrüfatı, turizm, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Baxış sayı : 791
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19