2021-04-29 20:40:58 | CƏMİYYƏT
Problemlərdən qurtulmaq üçün QHT iqtisadiyyatı formalaşmalıdır

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən gözləntilərimiz

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması və Cənab Prezident tərəfindən bu quruma Müşahidə Şurasının üzvlərinin təyin edilməsi yeni bir mərhələnin başlanğıcı olacaq. Müşahidə Şurasının üzvlərinə uğurlar arzulayaraq, ümid edirik ki, yeni heyət mövcud problemlərin həllinə nail olacaq. Çünki bu gün QHT sahəsində yetərincə həllini gözləyən məsələlər var.

QHT-lərə Dövlət Dəstəyi Şurası (bu vaxta qədər belə adlanırdı) ilə bağlı bəzi məqamları qeyd etmək istərdim. 2008-ci ildə QHT-yə Dövlət Dəstəyi Şurasının yaradılmasını və bu illər ərzində fəaliyyətini ədalət naminə uğurlu mexanizm kimi dəyərləndirmək olar. İctimai sektorun bu vaxta qədər davam edən fəaliyyətinə kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaq Azərbaycanda QHT-lərin bir çoxu cüzi maliyyə ilə kifayət qədər əhəmiyyətli işlər görüblər. Əgər həyata keçirilən layihələrin monitorinqini aparsaq xeyli maraqlı ideyalara, müxtəlif sahələr üzrə çap olunmuş nəşrlərə və digər uğurlu işlərin nəticələrinə rast gəlmək mümkündür.

Ümumilkdə QHT-lərə Dövlət Dəstəyi Şurasının Vətəndaş Cəmiyyətinin inkişafı ilə bağlı fəaliyyətini mübət dəyərləndirmək olar. Lakin Azərbaycanda QHT sahəsində ciddi problemlər hələki həllini tapmayıb. Ən ciddi məsələ odur ki, QHT iqtisadiyyatı formalaşmayıb. Bu da QHT-nin fəaliyyətinə mənfi təsir göstərir. Maliyyə çatışmazlığına görə, QHT sistemində çalışmaq istəyən mütəxəssislər bu sahədən uzaqlaşmağa məcbur oldu. Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi isə problem olaraq qalmaqdadır.

QHT-nin potensialından düzgün istifadə etmək ən məqbul variantdır. Bu sahədə kifayət qədər fədakar, intellektli insanlar cəmləşmişdi. Nəzər salanda bir daha şahidi oluruq ki, həmin şəxslər səmimi şəkildə dövlətin, cəmiyyətin inkişafına xidmət etmək istəyində və gücündədir. Zamanında QHT-nin maliyyə çevrəsinin genişlənməsi istiqamətində ciddi addımlar atılmadığına görə, bir çox fədakar və intellektli insanlar bu sahəni tərk etmək məcburiyyətində qaldı.

Təbii ki, QHT İqtisadiyyatı yalnız QHT-yə Dövlət Dəstəyi Şurası ilə bağlı məsələ deyildi. QHT İqtisadiyyatının formalaşması üçün bütün dövlət qurumları, özəl şirkətlər, əgər bələdiyyə institutu normal formalaşsaydı bələdiyyələr və digər təşkilatlar qapılarını Vətəndaş Cəmiyyətinin üzünə tamam açmalıydılar. Təəssüf ki, bu baş vermədi və bir sıra problemlər çözülmədən dərinləşdi.

Ona görə də, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvləri çox ciddi missiyanı yerinə yetirməlidirlər. Öncə həmin şəxslər Cənab Prezidentin etimadını doğrultmalı, Vətəndaş Cəmiyyətinin inkişafına töhfə verməli və ən əsası QHT iqtisadiyyatının yaradılması istiqamətində fədakarlıq göstərməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dəfələrlə öz çıxışlarında ictimai nəzarətin təşkili ilə bağlı cəmiyyətə çağırış edib. Dövlət başçısının islahat kursuna, yeni qurulan idarəetmə modelinə dəstək olmaq, cəmiyyətdə şəffaflığa töhfə vermək, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli davam etməsi üçün QHT iqtisadiyyatı formalaşmalıdır.

Mövcud olan pandemiya və COVD-19- un yaratdığı bu çətinliklər gec-tez sovuşub gedəcək. Bu xəstəliyin vurduğu yaralar zaman keçdikcə sağalacaq. Lakin dövlətin, cəmiyyətin inkişafına töhfə verə biləcək QHT-lərin fəaliyyətində durğunluq isə fəsadlar verə bilər. Ona görə, dünyada və regionda gedən prosesləri nəzərə alaraq QHT sektorunun inkişafına hər kəsin dəstək olması zərurudir. Dünyada gedən proseslərə QHT-lərimizin fəaliyyəti niyə adekvat deyil sualına birmənalı cavab vermək çətindir. Lakin yazıda sadalanan problemlərə nəzər saldıqca, bu, suala cavab tapmaq mümkün olur.

QHT iqtisadiyyatının yaranması bu sahədə çalışanların varlanmasına deyil, ümumilkdə QHT sisteminin institutlaşmasına xidmət edəcək vasitədir. Digər tərəfdən QHT sistemi zəngin olarsa, maliyyə çevrəsi genişlənərsə ictimai nəzarətin təşkilinə, şəffaflığın təmin edilməsinə daha əhəmiyyətli təkan verə bilər.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1335
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19