SOSİAL
A- A A+

59 yaşlı Çernobıl əlilinin yaşadığı evlə bağlı

2016-01-31 20:00:46

Müraciət

 

Bu şəkildə görünən  ev  2-ci qrup  Çernobıl əlili Musayev Mirmusa Seyidkamil oğlunun  evidir. Məlumat üçün bildiririk ki, Musayev Mirmusa Xəzər rayonu,  Mərdəkan qəsəbəsi Şərq küçəsi,  ev 2,  mənzil 5 ünvanında yaşayır.   Mirmusa Seyidkamil oğlu   30 il öncə Çernobıl qəzasında fəsadların qarşısının alınmasında  4 ay müddətində iştirak edib.

 O vaxtdan Mirmusanın  ağır günləri başlayıb.  2-ci qrup əlil olan  Mirmusa  30 ilə yaxındır  Çernobıl faciəsinin ağır fəsadlarını öz həyatında, sağlamlığında hiss edir.  Həmçinin   Musayev Mirmusa  uzun illərdir ki, ev növbəsində olsa da, öz arzusuna çata bilməyib. Mirmusa  qış fəslinin bu soyuğunda taxtadan hazırlanan  bir damda yaşayır.   Onun yaşadığı həmin məkana heç vəclə ev adı vermək mümkün deyil. Dövlətimizin kifayət qədər geniş imkanları olduğu  zaman  Mirmusa kimi  insanların ev problemini həll etmək çətinlik törətməz.

Biz bir qrup QHT təmsiılçisi   Musayev Mirmusanın ev probleminin həllini tezləşdirmək məqsədilə   Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial     Müdafiəsi  naziri,   hörmətli Səlim Müslümov cənablarına müraciət etmişik. Güman edirik Səlim müəllim, bu məsələnin həllinə öz dəstəyini götərərək 59 yaşlı  Musayev Mirmusanın ev problemini həll edəcək.  Dövlətimizin humanist siyasəti  Çernobıl hadisələrinin  30 illiyinin  tamam olduğu bu fevral ayında  Çernobıl əlillərini sevindirəcək

       Hörmətlə
  Sosial  Rifah  və Tədqiqatlar  İctimai  Birliyinin sədri
   Əkrəm Bəydəmirli 

  “Qürur” Şəhid Ailələri Xeyriyyə Cəmiyyətinin sədri,
Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Səfiyar Behbudovun bacısı 
Naibə Behbudova

 «20 Yanvar»  Cəmiyyətinin sədri
 Sultan
  Əzimzadə

 “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti
Sərraf Orucov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 1697

QHT və MEDİA

2020-02-19 09:05:29

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Par...

2020-02-18 09:55:39

QHT və MEDİA
Azərbaycan aliminin Berlin Humboldt Univ...
Azərbaycan aliminin Berlin Humboldt Univ...

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və dok...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...