SOSİAL
A- A A+

Belçikalı jurnalistlər Azərbaycandakı multikultural mühit barədə məlumatlandırılıblar

2016-01-31 09:25:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Belçikadan olan jurnalistlər Matin Banks və Yozef Lempkoviçlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Qurbanlı qonaqlara ölkəmizdə mövcud olan dini durum və Komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olduğunu bildirən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Bildirilib ki, pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. Dini konfessiyaların fəaliyyəti barədə geniş məlumat verən M.Qurbanlı yəhudilərin Azərbaycanda məskunlaşma tarixindən danışıb. O deyib ki, bütün dini qurumlara, o cümlədən qeyri-müsəlman icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı göstərilir.

Azərbaycanın dünyəvi dövlət olduğunu diqqətə çatdıran M.Qurbanlı dini tolerantlığın təbliği və radikalizmin qarşısının alınması ilə bağlı görülən işlər barədə danışıb. Komitə sədri tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, 2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edildiyini söyləyib və il ərzində həyata keçiriləcək layihələr barədə jurnalistlərə məlumat verib. O bildirib ki, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan tolerantlığının dünyaya tanıdılması istiqamətində “Tolerantlığın ünvanı- Azərbaycan” adlı layihə həyata keçirilir.

Qonaqlar səfər müddətində Azərbaycanın dinamik inkişafının, Avropa ölkələrindən fərqli olaraq burada yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını deyiblər. Azərbaycanın həqiqətən də, tolerantlığın oazisi olduğunu qeyd edən jurnalistlər bu mühitin dünya ölkələri üçün nümunəyə çevriləcəyini bildiriblər.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1614

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...