2021-04-15 09:30:17 | TƏDQİQATLAR-ANALITIKA
Ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu ilə söndürə bilib

"Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransı regionumuzdakı yeni şərtlərdə baş tutun ilk genişformatlı beynəlxalq tədbir idi.

Konfrans ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutdu. Konfransı vasitəsilə Azərbaycan Prezidenti dünyaya iki mühüm mesaj verdi. Bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kim görmənin bəyan edilməsi idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, bunlar konfransda ifadə edilən çoxsaylı və mühüm fikirlərdən yalnız ikisi idi: "Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri təmsilçilərinin suallarını cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan başlamış, erməni vandadliziminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin heynəlxalq hüququn və ədalətin yanında olunmasında başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu və bunu beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə təqdim etdi.

Bu xüsusda Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin necə Cənubi Qafqazda dövlət olmaları ilə bağlı da obyektiv tarixi bilgiləri arqumentləşdirilmiş bir şəkildə, açıqca dünyanın diqqətinə təqdim edildi. Lakin bununla belə Azərbaycanın hazırkı mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönədiyi bildirildi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması və "azərbaycanfobiyadan", "türkofobiyadan" qurtula bilməsi və yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsinin lazım olduğunu qeyd edildi".

H.Babaoğlu qeyd edib ki, artıq hər kəsə aydındır ki, Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu vasitəsilə söndürə bilib: "Bu, ölkəmizə yeni qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb və gec-tez hamı bununla hesablaşmalı olacaq".

Baxış sayı : 614
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19