2021-04-07 08:30:43 | QHT VƏ MEDİA
“İskəndər - M” raketlərinin ermənilərin əlinə necə keçməsi ciddi araşdırılmalıdır

E.Mirzəbəyli bildirib ki, məlum olduğu kimi, Rusiya tərəfi dəfələrlə bəyan edib ki, “İskəndər - M” Operativ-Taktik Raket Kompleksi yalnız Rusiya Silahlı Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub və bu raket kompleksinin ikinci hər hansı bir ölkəyə satılması, yaxud verilməsi mümkün deyil:

“Sözügedən Operativ-Taktik Raket Kompleksinin yalnız ixrac variantının – “İskəndər-E” raketlərinin xarici ölkələrə satılması nəzərdə tutulub ki, bu kompleksin də dağıdıcı gücü “İskəndər-M”-dən iki dəfə azdır və həm də 50-280 kilometr məsafədə uçuş imkanına malikdir. “İskəndər-M” OTRK-da isə bu məsafə 500 kilometrdən artıqdır ki, bu da Rusiyanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir”.

O qeyd edib ki, Azərbaycana qarşı “İskəndər-M” raketlərindən istifadə olunması faktı birbaşa və dolayısıyla “Silah ticarəti haqqında” Müqaviləyə, Ballistik raketlərin yayılmasının qarşısının alınması ilə bağlı Beynalxalq Davranış Kodeksinə, Strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı Müqaviləyə, Silah idxalı ilə bağlı Beynəlxalq Davranış Kodeksinə, “Avropada Adi Silahlar haqqında” Müqaviləyə və digər beynəlxalq sənədlərə ziddir:

“Bununla yanaşı, Ermənistanın Azərbaycanın mülki əhalisinə, infrastrukturuna, flora və faunasına daha çox ziyan vurmaq məqsədilə istifadə etdiyi və eyni zamanda Rusiya istehsalı olan bir çox silahlar var ki, bu silahlar da “Kasset sursatları haqqında” Konvensiyaya, “Ətraf mühitə hərbi və yaxud düşmənçilik məqsədilə təsir göstərmək üçün istifadə edilən istənilən vasitənin qadağan olunması haqqında” Konvensiyaya və Beynəlxalq Humanitar Hüququn prinsiplərinə ziddir. Bu isə öz növbəsində, beynəlxalq hüquqi məsuliyyət yaradır.

Bəlli olduğu kimi, Rusiya tərəfi Ermənistana “İskəndər-M” raketlərini satmadığını, yaxud vermədiyini deyir. Amma bu dağıdıcı silahdan Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunduğu faktlarla sübuta yetirilib. Belə olduğu təqdirdə, “İskəndər - M” Operativ-Taktik Raket Kompleksinin Ermənistanda və bu ölkənin vaxtilə işğalı altında olan Azərbaycan ərazilərində formalaşdırdığı qanunsuz hərbi birləşmələrin istifadəsində olması təsdiqləyir ki, bu raket kompleksi Ermənistana qanunsuz yollarla, silah ticarəti ilə məşğul olan cinayətkar qrupların vasitəsilə gətirilib. Yaxud Rusiya tərəfi Ermənisitana “İskəndər-M” raketlərini satılması ilə bağlı məsələdə həqiqəti deməyib və ya bu barədə sözügedən ölkənin rəhbərliyinə doğru məlumat verməyiblər. Bütün hallarda, fakt ciddi araşdırma tələb edir.

Əgər “İskəndər-M” raketləri Ermənistana qeyri-qanuni yollarla satılıbsa, yaxud verilibsə, o zaman belə silahların beynəlxalq terror şəbəkəsinin və digər cinayətkar qrupların əlinə keçməsi də mümkündür. Bu isə sülhə və təhlükəsizliyə qlobal təhdid yaradan amil kimi dəyərləndirilməli və beynəlxalq miqyasda müzakirələrə, araşdırmalara yol açmalıdır. Əks təqdirdə, dünyanın heç bir ölkəsi, hansısa separatçı, yaxud terrorçu qrupların hədəfinə çevrilməkdən sığortalanmayıb.

Azərbaycana qarşı böyük dağıdıcı qüvvəyə malik “İskəndər-M” raketlərindən, həmçinin qadağan edilmiş silahlardan istifadə edilməsi Ermənistanın nə qədər məsuliyyətsiz və təhlükəli bir dövlət olduğunu nümayiş etdirir. Bu isə Ermənistana silah satışının ciddi beynəlxalq nəzarət altında həyata keçirilməsini və haqqında söz açdığın Konvensiya və Müqavilələrə uyğun olaraq, bu ölkəyə qarşı bir sıra məhdudlaşdırıcı addımların atılmasını zəruri edir”.

Baxış sayı : 130
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36