2021-04-06 09:40:42 | AKTUAL
Ermənistan "İskəndər" raketini necə əldə edib? - Açılmamış cinayət

.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutdu. Xüsusən də Gəncə, Bərdə, Tərtər və Mingəçevir şəhərlərinə böyük dağıdıcı qüvvəyə malik raketlər atıldı. Bu səbəbdən, çoxlu sayda mülki insan həlak oldu və yaxud yaralandı. Bütün bunlar Ermənistan ordusu tərəfindən müharibə dövründə qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunduğu sübut etdi.

Bir neçə gün əvvəl Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İskəndər” raketinin qalıqlarının tapılması isə Ermənistanın müharibə cinayətlərinin düşünüldüyündən də dərin olduğunu ortaya çıxardı. Baxmayaraq ki, Ermənistan hərbi və siyasi dairələri bu məsələdə “nala-mıxa vurdular”. Onlar gah Azərbaycan ərazisinə “İskəndər” reketinin atıldığını, gah da atılmadığını iddia etdilər. Nəhayət, baş Nazir Nikol Paşinyanın timsalında “İskəndər” raketi atılıb, lakin 10 faizi partlayıb” kimi bəyanatın verilməsi tərəddüdlərə son qoydu və Ermənistanın müharibə dövründə “İskəndər” raketindən istifadə etdiyi rəsmən etiraf olundu. Sonradan Paşinyan özü də bunu etiraf etdi və “İskəndər”in istehsalçısı olan Rusiyanın qəzəbinə tuş gəlməmək üçün guya ona yanlış məlumat verildiyini bəyan etdi.

Daha sonra Rusiya tərəfi də müharibədə “İskəndər” raketindən istifadə olunmadığını bildirdi. Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda qeyd edilib ki, Qarabağda münaqişə zamanı “İskəndər” raketlərindən istifadə olunmayıb. Amma qalıqların tapılması bu açıqlamanı şübhə altına salır. ANAMA bildirir ki, tapılan qalıqlara əsasən, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Raketin qalıqları aprelin 2-də Bakıda mediaya da nümayiş etdirilib.

Maraqlısı budur ki, Şuşa şəhərində və onun ətrafında tapılan raket “İskəndər - M” markalıdır. Amma açıq mənbələrdəki məlumata görə, Rusiya Ermənistana “İskəndər - M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İskəndər - E” raket kompleksi verib (“İskəndər - E” ilə müqayisədə “İskəndər - M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir-red). Sual olunur, əgər Rusiya Ermənistana “İskəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması nə ilə izah oluna bilər? Ermənistan bu silahı haradan və necə əldə edib? Qeyri-rəsmi yolla kim verib ona bu silahı?

Bu il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət edək: “Ermənistana “İskəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə “İskəndər” raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk.

Lakin Ermənistanın müdafiə naziri bu yaxınlarda bəyan edib və məncə, Rusiyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək. Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın”.

Beləliklə, Azərbaycan ərazisinə “İskəndər” raketinin atılması artıq heç kimə sirr deyil. Bu, cinayət əməli olmaqla Ermənistanın və onun arxasında duran qüvvələrin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyinin, hətta onları pozmaqdan çəkinmədiyinin göstəricisidir. Beynəlxalq qurumlar Ermənistanı bu kimi əməllərdən çəkindirməlidirlər. Həmçinin, bu müharibə cinayətlərinin açılması təmin edilməlidir. Əks təqdirdə, bu cəzasızlıq mühiti gələcəkdə bəşəriyyət üçün daha böyük bəlalara səbəb ola bilər.(Trend)

Baxış sayı : 112
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36