2021-04-05 07:25:31 | AKTUAL
Ombudsman beynəlxalq ictimaiyyətə çağırış etdi

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar video-müraciət edib.

Birləşmiş Millətlər Təşkilatı 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan edib.

Müraciətdə qeyd edilib ki, minalar və müharibənin partlayıcı qalıqlarının təhlükəsizlik, mülki şəxslərin sağlamlığı və həyatı üçün ciddi təhdid yaratdığı ölkələrdə minalar əleyhinə əməliyyatlarla bağlı bacarıqlar yaratmaq məqsədi ilə dövlətlər öz səylərini BMT və digər əlaqədar təşkilatlarla birgə davam etdirirlər:

“İnsan Hüquqları üzrə Müvəkkil kimi, mən bu gün Azərbaycanın mülki şəxslərinin və hərbi qulluqçularının işğal müddəti ərzində Ermənistanın ölkəmizin ərazilərinə basdırdığı işarələnməmiş minalar səbəbindən həyat və sağlamlıqları üçün ciddi bir təhlükə ilə üzləşmələrindən öz dərin narahatlığımı bildirirəm. Ermənistanın dəfələrlə minalanmış ərazilərin xəritələrini açıqlamağa çağırılmasına baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bu ölkə tərəfindən bu sahədə əməkdaşlıq istəyi heç vaxt nümayiş etdirilməyib.

10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoydu. İndi isə azad edilmiş torpaqlarda hər kəs üçün təhlükəsiz və dinc bir mühitin təmin edilməsinin vaxtı çatıb və Azərbaycan bu sahədə nəzərəçarpacaq və qətiyyətli səylər göstərir. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də bu geniş ərazilərdə basdırılmış minalar səbəbindən öz yurdlarına qayıda bilmir”.

Nəzərə çatdırılıb ki, azad edilmiş torpaqlarda baş vermiş mina partlayışları nəticəsində 12-si mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub, eyni zamanda 17-si mülki şəxs olmaqla 85 vətəndaş ağır yaralanıb. Minaların yaşayış yerlərinin, xüsusən çayların, yol kəsişmələrinin və qəbiristanlıqların yaxınlığında basdırılması öz növbəsində 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və I Əlavə Protokolun kobud şəkildə pozulmasıdır:

“Biz hələ də Ermənistan dövlətinin minaların zərərsizləşdirilməsinə dair öz üzərinə düşən vəzifələrini qeyd-şərtsiz yerinə yetirməsini və bölgədə davamlı sülh, insan hüquqlarına hörmət etməsi üçün səy göstərməsini gözləyirik. İşarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, bütün müvafiq beynəlxalq təşkilatları Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və bu sahədə müvafiq addımlar atmağa çağırırıq”.

Baxış sayı : 118
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36