MƏDƏNİ
A- A A+

İstanbulda “Azərbaycanı tanıdaq!” devizi ilə keçirilən toplantı kitabsevərləri bir araya gətirib

2016-01-28 09:50:45

AZƏRTAC-ın Türkiyə bürosu və İstanbulun Bəylikdüzü Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Bəylikdüzü Mədəniyyət Mərkəzində “Azərbaycanı tanıdaq!” devizi ilə toplantı keçirilib

Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə keçirilən toplantıda Türkiyədə fəaliyyət göstərən diplomatlarımız, Bəylikdüzü Bələdiyyəsinin rəhbərliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) əməkdaşları, tanınmış yazıçı və şairlər, alimlər, tərcüməçilər, İstanbulda təhsil alan tələbələrimiz, KİV nümayəndələri iştirak ediblər.

Toplantı çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun, AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri Sabir Şahtaxtının Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənovun ön söz müəllifliyi ilə İstanbulda beş dildə nəşr olunan “Böyük Ermənistan xülyası: faktlar və sübutlar” və professor Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” kitablarının təqdimatı olub.

Toplantı salonunun foyesində ümummilli lider Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafa dair nadir nəşrlər, Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq layihələri əks etdirən əsərlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, o cümlədən Azərbaycanla bağlı müxtəlif sahələrə dair digər vəsaitlər, TDƏŞ-in təbliğat vasitələri, həmçinin 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar sərgilənib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın və Türkiyənin azadlığı uğrunda canlarından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib.

Toplantının rəsmi hissəsində Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov, Bəylikdüzü Bələdiyyəsinin sədr müavini Leyla Ünver, professor Cahangir Hüseyn Əfşar və siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı çıxış ediblər.

Çıxışlarda Azərbaycan-Türkiyə münasibətlərində nəşrlərin rolu yüksək qiymətləndirilib. Qeyd olunub ki, ölkələrimizin maraqlarını əks etdirən kitabların yazılması nə qədər mühümdürsə onların tanıdılması da bir o qədər əhəmiyyətlidir. Rəsmi hissədən sonra müəlliflər imza günü keçiriblər.  Sonda AZƏRTAC-ın rəhbərliyi adından “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu Anadolu Agentliyinin və Bəylikdüzü Mədəniyyət Mərkəzinin təmsilçilərinə təqdim olunub.

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 801

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...