2021-04-02 08:55:29 | TƏDQİQATLAR-ANALITIKA
BMTM II Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi və hərbi nəticələrinə dair təhlil hazırlayıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ingilis dilində “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi və hərbi nəticələri” adlı təhlil hazırlayıb.

Təhlil üç əsas hissədən ibarətdir. Birinci hissədə əsas diqqət Ermənistanın münaqişə tərəfi olmaması və müharibənin keçmiş işğal olunmuş Azərbaycan ərazilərində mövcud olan qondarma rejim tərəfindən aparılması iddialarının səhv olmasına yönəldilib. Qeyd edilib ki, Azərbaycana qarşı müharibə aparan Ermənistan olub və bunun nəticəsində də böyük hərbi zərərlə üzləşib. Birinci hissədə Ermənistanın qarşılaşdığı canlı qüvvə itkisi ilə bağlı da ətraflı məlumatlar verilib. İtkilərin özünün və miqyasının da Ermənistanın müharibədə nə dərəcədə aktiv iştirak etdiyini göstərən faktorlardan biri olduğu vurğulanıb.

Təhlilin ikinci hissəsi isə Ermənistanın qarşılaşdığı hərbi texnika itkilərinə həsr edilib. Bu hissədə müharibə nəticəsində Ermənistanın məhv edilmiş və ya Azərbaycan ordusu tərəfindən qənimət kimi götürülmüş bütün hərbi avadanlıqlarının və texnikalarının siyahısı yer alıb. Qeyd edilib ki, Ermənistanın hərbi texnika itkiləri böyük miqyasa malik olduğundan yaxın gələcəkdə bu itkilərin Ermənistan tərəfindən bərpası mümkün deyil.

Üçüncü hissə isə müharibə nəticəsində Ermənistanın qarşılaşdığı iqtisadi zərərlər haqqındadır. Bu hissədə Ermənistanın itirdiyi hərbi texnikanın ümumi dəyəri hesablanıb və Ermənistanın son on ildəki hərbi xərcləri ilə müqayisə edilib. Nəticədə müəyyən edilib ki, Ermənistanın İkinci Qarabağ müharibəsində itirdiyi hərbi texnikanın dəyəri onun son on ildə ümumi hərbi xərclərinin 77 faizindən çoxunu təşkil edir. Müharibə nəticəsində Ermənistanın qarşılaşdığı digər zərərləri də nəzərə alsaq məlum olur ki, Ermənistan özünün son illər ərzində formalaşdırdığı hərbi imkanlarında demək olar ki, tamamilə məhrum olub.

Sonuncu hissədə qeyd edilib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mövcud olan təbii ehtiyatları da qanunsuz olaraq istismar edib. Müharibə nəticəsində Ermənistanın uzun müddət istismar etdiyi bu ehtiyatlardan məhrum olub. Bu da onun üçün qida və enerji təhlükəsizliyi baxımından böyük problemlər yaradacaq. Bunlarla yanaşı, müharibə nəticəsində Ermənistanın fiskal sahədə, dövlət borcunun artması və milli valyutanın ucuzlaşması ilə bağlı qarşılaşdığı problemlərə də yer ayrılıb.

Təhlilin sonunda qeyd edilib ki, müharibə nəticəsində qarşılaşdığı zərərləri bərpa etmək və davamlı iqtisadiyyat qurmaq üçün Ermənistanın uzun illər və böyük həcmdə maliyyə resurslarına ehtiyacı var. Hazırkı vəziyyətdə Ermənistan üçün iqtisadi inkişaf əldə etməyin yeganə yolu uzun illər qonşularına qarşı apardığı aqressiv siyasəti tərk etməsi və regional layihələrə qoşulmasıdır. Bununla Ermənistan qonşu dövlətlərdən dəstək ala və regional layihələrin bir parçasına çevrilə bilər. Bu isə onu göstərir ki, Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi regionda davamlı iqtisadi inkişafın və sülhün təmin edilməsi üçün böyük imkanlar yaradır.

Daha ətraflı:

https://aircenter.az/uploads/files/military%20and%20economic%20consequences.pdf

Baxış sayı : 542
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05