2021-03-30 14:25:15 | MƏDƏNİYYƏT
Nizami Gəncəvi haqqında biblioqrafik icmal hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz və fikir ustadı olan Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə "Nizami Gəncəvi ili" elan edib. Bununla əlaqədar olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası "Əsrlərin şairi Nizami Gəncəvi" adlı biblioqrafik icmal hazırlayıb.

İcmalda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, şairin həm Azərbaycan, həm də rus dilində çap olunmuş kitablarının biblioqrafik təsviri, əsərlərdən şeir parçaları təqdim edilib.

Vəsaitdə, həmçinin, ədibin iki qəzəli, şeirləri əsasında bəstələnmiş musiqi əsərləri (romanslar, muğamlar, operalar, simfonik əsərlər), virtual kitab sərgisi də öz əksini tapıb.

Bundan əlavə, kitabxana dahi Nizamiyə həsr edilmiş və ingilisdilli auditoriya üçün nəzərdə tutulan videoçarx da hazırlayıb. Videoçarxda Nizami Gəncəvinin həyat və yaradıcılığı geniş işıqlandırılıb. Hazırlanan materialda XII əsr ictimai-siyasi və hüquqi fikirlərinin ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin öz əsrinin misilsiz humanist mütəfəkkiri olması, onun sosial-siyasi ideyalarının Azərbaycanın siyasi və hüquqi fikir tarixinin inkişafında mühüm rol oynaması, Yaxın və Orta Şərqin fəlsəfi, ictimai-siyasi fikrində humanist, demokratik ideyaların formalaşmasına və inkişafına müstəsna təsir göstərməsi qeyd edilib. Videoçarxda Nizami dünyanın ən böyük humanist sənətkarlarından biri kimi yad edilib. İstifadəçilərin böyük marağına səbəb olan videoçarx böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında maraqlı məlumatlarla zəngindir.

Sözügedən materiallar Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının rəsmi saytında və İnstaqram səhifələrində yerləşdirilərək istifadəçi auditoriyasına təqdim olunub.

Baxış sayı : 136
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36